"Zelenski ilə danışıqlardan söhbət gedə bilməz" - Rusiya XİN başçısı
18 yanvar, 2023 15:08

“Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan söhbət gedə bilməz”.
Bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
O vurğulayıb ki, Rusiya tərəfi ABŞ-ın istənilən ciddi təkliflərini nəzərdən keçirməyə və cavablandırmağa hazırdır.
Rusiya XİN başçısı Ukrayna ilə bağlı bütün qərarların Qərb tərəfindən verildiyini bildirib.