"Qarabağla bağlı geriləmə var" - Ned Prays

19 yanvar, 2023 14:03

"ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistan lideri ilə danışmaq imkanı oldu. Ümid edirəm ki, Blinkenin yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə danışmaq imkanı olacaq".

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Onun sözlərinə görə, ABŞ tərəflər arasında normallaşma üçün əlindən gələnin ən yaxşısını edir: “Ötən ilin sonunda dövlət katibinin azərbaycanlı və erməni vəzifədaşları ilə bir neçə görüşü olub, dövlət katibi Blinkenin iştirakı ilə Ermənistan və Azərbaycan arasında görüş keçirilib. Təbii ki, son vaxtlar Qarabağla bağlı geriləmə - uğursuzluqlar gördük. Biz konstruktiv dialoqun bərpa olunduğunu görmək istəyirik. Biz əməkdaşlıq etməyə hazırıq”.

Ned Prays qeyd edib ki, ABŞ həm keçmişdə olduğu kimi, ATƏT vasitəsilə və ya lazım gəldikdə, üçtərəfli qaydada tərəfdaşlarla və beynəlxalq tərəfdaşlar vasitəsilə işləməyə hazırdır: “Biz doğru zamanda ən təsirli olanı təsirli formatda edəcəyik”.

Prays vurğulayıb ki, Qafqaz danışıqları üzrə xüsusi nümayəndə, səfir Filip Riker 30 illik karyerasından sonra Dövlət Departamentindən təqaüdə çıxsa da, bu prosesdə iştirak edəcək digər şəxslər var: “Dövlət Departamentində bu prosesdə dərindən iştirak edən bir sıra şəxslər var, onlardan ən azı katib Blinkenin özüdür. Bu, onun şəxsi prioritetidir. Amma Viktoriya Nuland, Karen Donfrid kimi, bizim Avropa və Avrasiya məsələləri üzrə Büromuzun bir sıra yüksək vəzifəli məmurları kimi insanlar bununla dərindən məşğul olacaqlar”.

Sözçü deyib ki, Azərbaycan və Ermənistan arasında görüşlərin hansı səviyyədə keçirilməsinə tərəflər özləri qərar verir.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI