Fransadan sonra Avropa Parlementi... - Bakının cavabı necə olacaq?

19 yanvar, 2023 17:21

Yanvarın 18-də axşam Avropa Parlamentinin (AP) plenar iclasında Qərbin ikili standartlara əsaslanan siyasəti bir daha ifşa olub. AP-nin ermənipərəst deputatları Azərbaycanın ərazi bütövlüynə növbəti dəfə hörmətsizlik edərək, heç bir təsiri, əhəmiyyəti olmayan qətnamə layihəsini müzakirəyə çıxarıblar.

Belə ki, Xankəndidə qalan ermənilərin “blokadasına” dair müzakirə keçirən AP-nin bir qrup ermənipərəst deputatının hazırladığı sənəddə Azərbaycan Laçın yolunu açmağa, Ermənistanın Qarabağdakı ermənilərlə  "nəqliyyat, energetika və kommunikasiya əlaqələrni pozmamağa" çağırılır. Bununla da kifayətlənməyib, BMT və ATƏT-ə faktların təsbiti, tərəflərisülh danışıqlarının bərpasına səsləmək üçün Laçın yoluna missiya göndərmək müraciəti edilir.

Müzakirələrdə çıxış edən ermənipərəst deputatlar həyasızcasına Rusiya tərəfinin Azərbaycan ərazisindəki erməni separatçıların təhlükəsizlyinə məsuliyyət daşıdığını bildirib, rus sülhməramlılarını bu istiqamətdəki “fəaliyyətsizliyinə” görə qınayıblar.

Qeyd olunan müzakirələri şərh edən politoloq Fərhad Məmmədov azpolitika.info-ya bildirib ki, Avropa Parlamentindən balanslı nəsə gözləməyə dəyməz. Onun sözlərinə görə, o,Avropa institutları arasında ən çox anti-Azərbaycan mövqeyi tutan qurumudur.

Politoloq vurğulayıb ki, Avropa Parlamentinin qətnamələrinin Azərbaycanın fəaliyyətinə təsiri sıfırdır.

Təhlilçi hesab edir ki,Avropa İttifaqının Azərbaycanla razılaşdırmadan Ermənistana missiya göndərdməsi Aİ-ni “vicdanlı vasitəçi” rolundan daha da uzaqlaşdırır:

“Ermənistan Aİ-nin bu missiyasından təhlükəsizlik sisteminin bir hissəsi kimi kimi istifadə edir. Doğrudur, Aİ belə zəmanətlər verdiyini açıqlamır, lakin Ermənistan hökuməti Aİ missiyasını bu cür şərh edir. Əvvəlki illərin praktikasından göründüyü kimi, bu, Ermənistanın konstruktivliyinə gətirib çıxarmır, əksinə, bu dövlətin aqressivliyini stimullaşdırır. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi missiyanın uzadılacağına dair təminat aldıqdan sonra Paşinyan və Mirzoyanın diskursunda “etnik təmizləmə” və “soyqırım” kontekstində Qarabağ mövzusu aktivləşib”.

Fərhad Məmmədovun sözlərinə görə, Aİ-nin bu mövqeyi zərərlidir və onu vasitəçilik prosesindən uzaqlaşdırır:

“Brüssel öz rolunu bərpa etmək üçün yenidən səylər göstərməli olacaq. Bu səylərin əsasını yalnız ərazi bütövlüyü prinsipinə birmənalı dəstək təşkil edə bilər. Axı məhz bu prinsip Brüsselin təklif etdiyi kommunikasiyalar üzərində ölkələrin suverenliyi prinsipinin əsasını təşkil edirdi. Azərbaycanın Laçın yolundakı fəaliyyəti də bu prinsipə uyğundur. Aİ azərbaycanlı ekoloji fəallara minnətdar olmalıdır, çünki onların fəaliyyəti şərti sərhəddə nəzarət-keçid məntəqəsinin qurulmasının qaçılmaz olduğunu göstərir, nəticədə ölkələrin suverenliyinin qorunması əsasında məhdudiyyətin aradan qaldırılmasına şərait yaradır”.

F.Məmmədov xatırladır: “Azərbaycan Prezidenti açıq şəkildə bildirdi ki, əgər Bakı Ermənistandan təhlükə hiss edərsə, dayanmayacaq və onun ərazisinə mütəmadi olaraq qabaqlayıcı zərbələr endirəcək. Buna AB bayraqlı heç bir missiya maneə ola bilməz. Dövlət və vətəndaşların təhlükəsizliyinə təhlükə yaranarsa, Aİ-nin rəyi Bakı üçün ikinci planda olacaq”.

Təhlilçiyə görə, ümumiyyətlə, ABŞ və Aİ Laçın yolunda keçirilən aksiyanı dəstəkləməlidir, çünki məhz bu hərəkət Rusiyanın bölgədə rolunun azalmasına gətirib çıxarıb və “Vardanyan layihəsi”nin həyata keçirilməsini əngəlləyib. Nəticədə Qarabağ ərazisində yaşayan ermənilərinin Azərbaycana reinteqrasiyası üçün qaçılmazlıq situasiyası yaradır.

Avropa İttifaqı ilə münasibətlər necə olacağına gəlincə, Fərhad Məmmədov hesab edir ki, Aİ ilə ortamüddətli perspektivdə sazişlər imzalamaq mümkün olmayacaq: "Aİ rəhbərliyi Bakı ilə razılaşmayacaq, hətta imzalasalar belə bütün üzv ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunması illər çəkəcək. Məsələn, Lüksemburq prosesi dayandıracaq. Bununla belə, razılaşmanın olmaması Aİ ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığa maneə olmayacaq. Ona görə də biz əməkdaşlığa Azərbaycanın milli maraqlarına zidd olan təklifə “yox” demək şərti ilə davam edəcəyik”.

Ekspert ABŞ-ın hansı gündəmlə yenidən aktivləşəcəyinin maraq doğurduğunu bildirib: “Dövlət katibi Blinkenin artıq Paşinyanla müzakirələri olub, biz Azərbaycan Prezidenti ilə söhbəti gözləyirik. Azərbaycanın şərtləri qəbul olunarsa və təkliflər beynəlxalq hüquqa əsaslanarsa, proses irəli gedə bilər. Ermənistan rəhbərliyi Qarabağ məsələsində nə qədər çox danışacaq və hərəkətlər edəcəksə, Azərbaycan da o qədər çox danışacaq və ən əsası Qərbi Azərbaycan mövzusunda irəli gedəcək. Bu isə sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırmır, gecikdirir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR