Basqınlara məruz qalan Azərbaycan səfirlikləri... - SİYAHI

27 yanvar, 2023 13:00

Azərbaycan Respublikasının İrandakı Səfirliyinə silahlı hücum günün səs-küy doğuran hadisəsi kimi müzakirələrə səbəb olub.

Rəsmi məlumata görə, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Səfirliyinə hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Polis hücum edən şəxsi tutaraq istintaqa cəlb edib. 

Qeyd edək ki, Tehranda baş verən bugünkü olay Azərbaycan Respublikasının xaricdəki səfirliklərilə bağlı ilk belə hadisə deyil. Bundan əvvəl də xaricdəki bəzi diplomatik missiyalarımızın binalarına basqınlar olub.

Modern.az xatırladır ki, təkcə ötən il dörd belə hadisə qeydə alınıb. Həmin olayları xronoloji ardıcıllıqla təqdim edirik:

4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. 

Həmin vaxt səfirliyimizin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. 

Britaniya mətbuatı səfirliyə hücum edən şəxslərin “Mehdinin nökərləri” Birliyinin üzvləri olduğunu yazıb.

Şiə təriqətinə mənsub, Londonda mənzillənən “Mehdinin nökərləri” Birliyinin üzvləri Azərbaycan hökumətinin bəzi şiə müsəlmanları “təqib etdiyini" iddia ediblər...

Azərbaycan Xarici İşlər Nazirliyi London səfirliyindəki “vandalizm aktı” kimi qiymətləndirib.

Nazirlik Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinə Londondakı səfirliyə hücumla bağlı “qəri etiraz” bildirib və belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən “zəmanət tələb edib”.

16 sentyabr 2022-ci il tarixində Livanda yaşayan ermənilər Azərbaycanın Beyrutdakı Səfirliyinin binasının qarşısına toplanaraq aksiya keçiriblər. Daha sonra onlar səfirlik binasına hücum etməyə cəhd ediblər.

Təhlükəsizlik qüvvələri ilə ermənilər arasında qarşıdurma yaranıb. Ermənilər təhlükəsizlik qüvvələrinə hücum edib. Daha sonra onlar səfirlik binasının yerləşdiyi ərazidən uzaqlaşdırılıblar.

18 sentyabr 2022-ci il tyarixində Fransada yaşayan ermənilər Azərbaycanın Parisdəki Səfirliyinə hücum ediblər.

Erməni vandalları səfirliyin qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar. Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.  

Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası səfirə təqdim edilib.

Parisdə Azərbaycan səfirliyinə hücum edən radikal erməni qrupunun üzvü Loris Tufanyana qarşı iki fakt üzrə cinayət işi açılıb. Bu şəxs səfirliyin binasına güc yolu ilə girməyə cəhddə və səfirliyin əməkdaşının həyatını riskə atmaqda ittiham olunur. Lakin oktyabrın 19-da Tufanyan sərbəst buraxılıb və ona məhkəməyə çağırışla bağlı bildiriş təqdim olunub.

2022-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Vaşinqtonda Azərbaycanın ABŞ-dakı Səfirliyinin xidməti avtomobili atəşə tutulub. Hadisə ilə bağlı Azərbaycanın diplomatik nümayəndəliyi ABŞ-ın müvafiq strukturlarını məlumatlandırıb və kamera görüntülərini təqdim edib. Bununla əlaqədar oktyabrın 12-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi Bakı diplomatik nümayəndəliyin  təhlükəsizliyinin təmin edilməsi tələbi ilə çıxış edib.

Qeyd edək ki, “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasına görə, xarici ölkənin diplomatik nümayəndəliyi və diplomatlarının təhlükəsizliyi onların yerləşdiyi dövlət tərərfindən təmin edilməlidir.

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub