"Avropa İttifaqı Laçın yolundakı vəziyyətə görə Azərbaycana qarşı sanksiya planlaşdırmır" - Josep Borrel

31 yanvar, 2023 18:07

"Avropa İttifaqı Laçın yolunda vəziyyətlə əlaqədar sanksiyalar mexanizmini nəzərdən keçirmir. "

Bu barədə Avropa İttifaqı diplomatik blokunun rəhbəri Josep Borrel Avropa Parlamentinin deputatı Asita Kankonun rəsmi sorğusuna cavabında bildirib.

"Sanksiyalar ümumavropa xarici və təhlükəsizlik siyasətinin məqsədlərinə çatmaq üçün Avropa İttifaqının mexanizmlərindən biridir və indiki halda onlar nəzərdən keçirilmir. Avropa İttifaqının səyləri həllin dialoq yolu tapılmasına yönəlib ki, Ermənistan və Azərbaycan liderləri də buna sadiq olduqlarını bildiriblər”, - Borrel deyib.

Onun sözlərinə görə, 2022-ci ilin dekabrından Avropa İttifaqı Laçın dəhlizindəki prosesləri və onların humanitar nəticələrini diqqətlə izləyir. Borrel hər iki tərəfin xarici işlər nazirlərilə daim əlaqə saxlayır. Bundan əlavə, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da tərəflərlə daimi ünsiyyətdədir.

Borrel əlavə edib ki, Avropa İttifaqı Azərbaycanı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dəhliz boyunca sərbəst və təhlükəsiz hərəkəti təmin etmək üçün əlindən gələni etməyə çağırıb.

Yanvarın 23-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ermənistana ikiillik mandatla göndəriləcək yeni mülki missiyanın formalaşmasını təqdir ediblər. Avropa İttifaqının Ermənistandakı uzunmüddətli mülki missiyasına ekspertlər və avropalı müşahidəçilər də daxil olmaqla, təxminən 100 nəfər daxil olacaq. 

Missiyada məqsəd Ermənistanın sərhədyanı rayonlarında sabitliyə xidmət etmək, yerlərdə inamı möhkəmləndirmək və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə Avropa İttifaqının dəstəklədiyi səylərə şərait yaratmaqdır. /"Turan"

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR