Rusiyaya Türkiyə ilə müharibə lazımdırmı? - Suslov

07 fevral, 2023 13:34

Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır. Moskva postsovet məkanını təhlükəsizliyin, iqtisadi inkişafın və Kremlin kimliyinin birbaşa asılı olduğu region kimi qəbul edir. Ukrayna hadisələri ilə bağlı Rusiyanın müxtəlif regionlardakı, xüsusən də Cənubi Qafqazdakı maraqlarını unutduğunu düşünmək səhvdir. Lakin Moskvanın postsovet məkanında istifadə edə biləcəyi alətlər bu gün getdikcə azalır.

Bunu Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının tədqiqat proqramları üzrə direktor müavini, politoloq Dmitri Suslov deyib.

“Bəzi skeptik qiymətləndirmələrə baxmayaraq, Rusiya Ermənistanı tərk etməyəcək. Rusiyanın bölgədən çıxması siyasi vəziyyətin əsaslı şəkildə dəyişməsinə və regional vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxarardı. İrəvan Kreml üçün müttəfiq kimi önəmlidir. Antirusiya sanksiyaları fonunda beynəlxalq vəziyyətin mürəkkəbləşməsi kontekstində Moskva Ermənistanı Qərb dünyası ilə mühüm körpü hesab edir. Eyni zamanda, Rusiya İrəvanın Qərbdən üz döndərməsində maraqlı deyil. İrəvandakı mövcud siyasi vəziyyət Moskvanı narahat etməyə bilməz. Çünki Ermənistan hakimiyyəti balanslaşdırılmış siyasət yürütməyi dayandırıb və bu, İrəvanın xarici siyasət vektorunu dəyişməsi ehtimalı ilə bağlı müəyyən narahatlıqlar yaradır”, - o bildirib.

Suslov qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlərdə hər şey ideal deyil, problemlər var:

“Son zamanlar Ermənistan informasiya məkanında iki ölkə arasında münasibətlərə yenidən baxılması tezisi gündəmə gəlir. Lakin belə siyasətin real nəticələri barədə heç kim düşünmür. Ən əsası isə antirusiya ritorikasının müəlliflərindən heç biri real alternativ təklif etmir. Rusiya qalmaqda maraqlıdır. Kreml İrəvandan bu və ya digər dəstək üçün şərt kimi Rusiya ilə münasibətləri kəsməyi tələb edən Qərbdən fərqli olaraq, Ermənistandan nümayişkaranə rusiyayönlü mövqe tutmasını tələb etmir. Bildiyiniz kimi, Ermənistan hakimiyyəti bu il ölkə ərazisində KTMT təlimləri keçirməkdən imtina edib. Həmçinin KTMT-nin Ermənistana monitorinq qrupunun göndərilməsi təklifini də rədd edib. Moskvada bu addımlara narahatlıqla yanaşılır və Ermənistanın hazırkı rəhbərliyinin tam olaraq Qərbə arxalana biləcəyinə dair aydın siqnal kimi qiymətləndirilir. Moskva anlayır ki, erməni cəmiyyətində Rusiya və KTMT-nin İrəvanı müdafiə etmədiyinə dair məyusluq var. Amma Rusiyanın vasitəçiliyi və onun prezidentinin şəxsi səyləri olmasaydı, baş verən proseslərdə vəziyyət daha da pis olardı. İrəvandan tez-tez Rusiyaya Azərbaycan və Türkiyəyə qarşı erməni tərəfini tutmaq tələbləri irəli sürülür. Amma Moskva buna getsə, Cənubi Qafqazda böyük Rusiya-Türkiyə müharibəsi baş verəcək ki, bu da son dərəcə lazımsızdır. Bu, hətta İrəvanın özünün maraqlarına uyğundur. Qərbin Rusiyaya qarşı apardığı hibrid müharibə Moskvanın Ankaradan asılılığını artırır. Ancaq Türkiyə Rusiyanın müttəfiqi deyil. Türkiyə bir tərəfdən onun tərəfdaşıdır, digər tərəfdən isə rəqibdir. Rusiya və Türkiyə bir çox sahədə və müxtəlif bölgələrdə rəqabət aparır. Ankara rəqabəti və əməkdaşlığı birləşdirir və Qərb qüvvələri Rusiyanı böyük dövlət kimi məhv etməyə çalışır. Türkiyə isə öz milli maraqlarından və suveren xarici siyasətindən əl çəkmiş digər NATO ölkələrindən fərqli olaraq öz milli maraqlarını müdafiə edir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR