"Azərbaycanla Ermənistanın mövqeyində yaxınlaşma var" - Politoloq

09 fevral, 2023 17:01

Ermənistan tərəfi Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təklif aldığını açıqlayıb.

Qeyd olunub ki, bu təklif Ermənistan üçün məqbuldur. Hazırda sənəd üzərində iş getdiyi də bildirilir. Məsələ ilə bağlı hələlik Azərbaycan tərəfindən rəsmi açıqlama verilməyib.

Maraqlıdır, söhbət hansı sənəd və ya təklifdən gedir?

Məsələ ilə bağlı açıqlama verən politoloq Oqtay Qasımlı tərəflər arasında sülh sazişi ilə bağlı məsələlərə yanaşmada yaxınlaşma hiss olunduğunu bildirib.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Almaniyada Azərbaycanla sülh sazişi üzərində işin davam etdiyini deyib:

"Azərbaycanın təklif etdiyi variant üzərində işləyirlər. Ermənistan da öz təkliflərini Azərbaycana göndərib və tərəflər arasında məsələlərə yanaşmada yaxınlaşma hiss olunur. Söhbət sülh sazişi ilə bağlı sənəddən gedir. Bir il öncə Azərbaycan tərəfi Ermənistana 5 baza prinsipi əsasında sülh müqaviləsi bağlamağı təklif etmişdi. Ermənistan prinsipcə bu təkliflərin qəbul edilə bilən olduğunu bəyan etmişdi. Ondan sonra xeyli zaman keçib və tərəflər arasında dəfələrlə yüksək səviyyəli görüşlər keçirilib".

Politoloq bildirib ki, hazırda üzərində işlənən sənədin məzmunu haqqında dəqiq söz demək çətindir:

“Lakin ehtimal olunan məsələ odur ki, Azərbaycanın irəli sürdüyü baza prinsipləri və bunun ətrafındakı məsələlərdən söhbət gedir. Ermənistan tərəfi bir zamanlar Qrabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsini önə çəkirdi. Bəzi hallarda daha irəli gedərək status məsələsini qabartmağa çalışırdı. Amma bu məsələlər hamısı Azərbaycan tərəfindən geri çevrilib. Birmənalı şəkildə bildirilib ki, Qarabağ məsələsi həllini tapıb və bu məsələ Azərbaycanın daxili işidir. Orda yaşayan erməniəsilli vətəndaşların təhlükəsizliyi məsələsi isə Azərbaycan dövləti tərəfindən ən yüksək səviyyədə təmin olunacaq. Bununla bağlı təminatlar da verilib. Bu baxımdan sənədin dəqiq məzmunu ilə bağlı bir şey demək olmasa da, fikrimcə, müzakirələr Azərbaycanın təklif etdiyi prinsiplər ətrafında aparılır”(bakupost.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR