"Vaqner" PMC-nin gizli şəbəkələri - Afrikanın 12 ölkəsi necə ələ keçirilib? - "GI-TOC"

17 fevral, 2023 00:54

"Rosoboroneksport" bir neçə ildir ki, Cənubi Sudana qeyri-qanuni şəkildə silah satır. BMT-nin ölkədəki vətəndaş müharibəsi səbəbindən tətbiq etdiyi silah embarqosuna baxmayaraq, hər iki aydan bir Keniya və Uqanda üzərindən təzhizat həyata keçirilir. Silah ticarəti, həmçinin “Vaqner” PMC-lərinin Afrika ölkələrinə genişlənməsi Rusiyaya Qərb sanksiyalarından yan keçərək resurslar və valyuta almağa şərait yaradır.

Bu barədə Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs (GI-TOC) qeyri-hökumət şəbəkəsinin “Vanqer” PMC haqqında hazırladığı hesabatda bildirilir.

Araşdırmada bildirilir ki, ən azı 2019-cu ildən bəri “Rosoboroneksport” gizli şəkildə və kiçik partiyalarla Cənubi Sudan ordusuna silah göndərir. Şəbəkənin Keniya gömrüyündə və hərbçilər arasında olan mənbələrinə istinadla verdiyi məlumata görə, silahlar dəniz yolu ilə Keniyaya aparılır. Orada yenidən kiçik qablara yığılıb təyinat yerinə daşınır. Alıcı Cənubi Sudanın yüksək rütbəli hərbçiləri ilə əlaqəli bir şirkətdir.

GI-TOC-un Keniya Miqrasiya Xidmətindəki mənbəsinin verdiyi məlumata görə, Rusiya silahlarla yanaşı Mombasa limanı (Keniyanın ən böyük limanı) vasitəsilə Cənubi Sudana mədənçilik üçün avadanlıqlar tədarük edib. Mənbələr Rusiyanın rəsmi ixracatçısı “Rosoboroneksport” tərəfindən hansı silahların tədarük edildiyini dəqiqləşdirməyib.

Rusiyadan Cənubi Sudana silah tədarükü rəsmi olaraq qeydə alınmayıb. “Stokholm” Beynəlxalq Sülh İnstitutunun məlumatları bunu sübut edir. Təşkilatın hesabatına görə, Rusiya sonuncu dəfə rəsmi olaraq Cənubi Sudana 2016-cı ildə döyüş helikopterləri verib. Rusiya yuxarıda qeyd olunan gizli tədarükləri BMT-nin 2018-ci ildə Cənubi Sudana sanksiyalar tətbiq etdikdən və silah embarqosu qoyduqdan sonra həyata keçirib. Bu ölkəyə sanksiyalar on minlərlə insanın həyatına son qoyan, milyonlarla sakinin ölkəni tərk etməyə səbəb olmuş vətəndaş müharibəsinə görə qoyulub.

Araşdırmada qeyd olunur ki, qonşu ölkələr vasitəsilə Cənubi Sudana silah tədarükünün başlanması Yevgeni Priqojinin Keniyaya gözlənilən səfəri ilə üst-üstə düşür. Rusiya mətbuatı Priqojinin təyyarəsinin 2018-ci ilin dekabrında Keniyanın paytaxtı Nayrobiyə endiyini yazıb, lakin Priqojinin özünün göyərtədə olub-olmadığı məlum deyil.

Priqojin Ukraynaya qarşı təcavüzə görə ABŞ və Avropa İittifaqının (Aİ) sanksiyaları altında olan “PMC Vaqner”in yaradıcısıdır. Tədqiqatçılar Keniyanı PMC-nin Şərqi Afrikada, ilk növbədə Sudanda əməliyyatları üçün tranzit mərkəzi adlandırırlar. Ümumilikdə, "PMC Vaqner" və Priqojinin ona bağlı strukturlar Afrikanın 12 ölkəsində fəaliyyət göstərir.

GI-TOC hesabatda “Vaqner” PMC-nin Afrikada necə işlədiyini dəqiq təsvir etdi. 2023-cü ilə qədər şirkət Ukraynadakı müharibəyə baxmayaraq, qitədəki mövcudluğunu mümkün qədər möhkəmləndirib. PMC yeni ölkələrdə, Burkina Faso, Keniya və Kamerunda mövcudluğunu genişləndirməyi planlaşdırır.

Burkina Faso

Ölkədə iki hərbi çevrilişdən sonra hərbi gücə və silaha ehtiyacı olan hərbçilər hakimiyyətə gəldi. Rusiya bayraqlı etirazlar bütün ölkəni bürüdü, bu həmişə Fransanın təsir zonasında olan bir ölkə üçün qeyri-adi hal idi. 2023-cü ildə ölkənin yeni hakimiyyət orqanları bir ay ərzində fransız qoşunlarının çıxarılmasını tələb edib. Eyni zamanda, “Vaqner” PMC ilə əlaqəli şirkətlər ölkədə qızıl hasilatı hüququ əldə etdi.

Keniya

Priqojinin muzdlularının bu ölkə vasitəsilə silah tədarükü həyata keçirdiyi barədə məlumatlar var. GI-TOC mənbələri bildirib ki, Vaqnerçilər qonşu Afrika ölkələrinə uçuşlar təşkil etmək üçün yerli “Layout” şirkətinin xidmətindən istifadə edirlər. Priqojin 2018-ci ildə Keniya ilə maraqlanmağa başlayıb, o, şəxsən Nayrobiyə səfər edib və neft yataqlarının mühafizəsi ilə bağlı danışıqlar aparıb.

Kamerun

GI-TOC mənbələri “Vaqner” PMC-lərinin Kameruna getdikcə daha çox diqqət yetirdiyini bildirir. Moskva və Yaounde arasında hərbi əməkdaşlıq haqqında yeni saziş fonunda ölkədə logistika və mədənçiliklə məşğul olan “Vaqner”lə əlaqəli şirkətlər getdikcə daha çox peyda olur. Tədqiqatçıları Birləşmiş Ərəb Əmirliyindən Kameruna gələn iki sirli rus iş adamını aşkar ediblər. Onlar haqqında Rusiyada heç bir məlumata rast gəlmək mümkün olmayıb. GI-TOC qeyd edir ki, bu insanlarla “Vaqner” PMC arasında sübut edilmiş əlaqə yoxdur. Lakin Priqojinin şirkətlərinin Mərkəzi Afrika Respublikasında oxşar ssenaridə hərəkət etdiyini xatırladırlar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR