Penitensiar Xidmətdə daha bir intihar - Ceyhun Həsənovun fəaliyyəti araşdırılmalıdır

20 fevral, 2023 11:19

2023-cü ilin fevral ayı (3 gün öncə) - Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Mədətov Nurlan İqor oğlu odlu silahdan atəş açaraq özünü öldürüb.

2001-ci ilin may ayı - Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər, 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş silahdan atəş açaraq intihar edib.

2020- ci ilin may ayı - Pentensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyərək intihar edib.

Hər 3 intihar hadisəsi xidmət zamanı baş verib. Bundan əvvəl baş verən hadisələr zamanı intiharların səbəbləri araşdırılmalı və aradan qaldırılmalı idi.

Statistika göstərir ki, Penitensiar Xidmətdə intihar hadisəsinin sayı hər il artmaqda davam edir.

Bir müddət əvvəl 13 saylı cəzaçəkmə müəssisəsində 1974-cü il təvəllüdlü, əslən Gədəbəy rayonundan olan məhbus Rəsul Zakir oğlu Rüstəmovun özünü asaraq intihar etmişdi. Maraqlısı budur ki, intihar edən məhbus R.Rüstəmov Penitensiar Xidmətin Kadrlar İdarəsinin rəisi, ədliyyə polkovniki Əflatun Məmmədovun qohumudur.

2020-ci ildə Avropa İşgəncələr Əleyhinə Komitəsi (CPT) və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi (İQAAK) Azərbaycan həbsxanalarında çox ciddi qanun pozuntuları aşkarlamışdı. Bu təşkilatlar öz tövsiyələrini versələr də, nöqsanıar aradan qaldırılmadı. Araşdırmalar göstərir ki, beynəxalq məhkəmələr üçün ən etibarlı istinad nöqtələrindən biri məhz CPT-dir. Bu o deməkdir ki, gələcəkdə Azərbaycanla əlaqəli hər hansı beynəlxalq məhkəmə qərarı bu qurumun verdiyi rəylər əsasında da formalaşa bilər.

2019-cu ildə Azərbaycan penitensiar müəssisələrində 93 nəfər ölüb, onların bir neçəsi intihar edib. 2021-ci illə müqayisədə 2022-ci ildə cəzaçəkmə müəssisələrində intihar halları daha da artıb.

Penitensiar Xidmətin biznesmen rəisi, "Halikarnas" restoranın sahibi Ceyhun Həsənov vəzifədən alınmasa, haqqında tədbir görülməsə və bu sahədə köklü islahatlar başlamasa, cəzaçəkmə müəssisələrində spontan və arzuolunmaz hadisələr baş verə bilər.

Müəllif: Samir Feyruzov

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR