Çin 12 bəndlik sülh planını açıqladı - Plan kimlərin mənafeyinə xidmət edir?

24 fevral, 2023 12:13

Çin xeyli vaxtdır anonsunu verdiyi Ukraynadakı müharibəyə dair sülh planını açıqlayıb. Lakin sənədin mətni ilə tanışan olan əksər şərhçilər bunu plan yox, çağırışlar və təkliflər toplusu, Çinin mövqeyinin elan edilməsi kimi dəyərləndiriblər.

Qərb mətbuatı xəbər verir ki, Çinin təqdim etdiyi sənəddə Ukraynadakı işğalçılıq müharibəsi “müharibə”, deyil, “Ukrayna böhranı” adlandırılır. Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilən bu sənəd 12 bənddən ibarətdir:

1.Bütün ölkələrin suverenliyinə hörmət edilməsi

2.“Soyuq müharibə” mentalitetindən imtiina

3.Hərbi əməliyyatların dayandırılması

4.Sülh danışıqlarının bərpa olunması

5.Humanitar böhranın həlli

6.Mülki vətəndaşların və hərbi əsirlərin qorunması

7.Atom Elektrik Stansiyalarının təhlükəsizliyinin təmin olunması

8.Strateji risklərin azaldılması

9.Taxıl ixracına yardım etmək

10. Birtərəfli sanksiyaların dayandırılması

11.İstehsal və çatdırma zəncirinin stabilliyinin dəstəklənməsi

12.Münaqişə sonrası bərpaya yardım edilıməsi

Çin hər bir maddəyə ayrılıqda aydınlıq gətirsə də, konkret hansı addımların atılmalı olduğunu göstərməyib. Məsələn, atəşkəsin necə əldə olunmasına dair hər hansı təklif verməyib. Sadəcə, göstərib ki, “bütün tərəflər Rusiya və Ukraynanı tezliklə dialoqa başlanması işində dəstəkləməlidir”.

Bir tərəfdən suverenliyə hörmət edilməsinin vacibliyini bildirərək, dolayısı ilə Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsinə işarə vuran Çin, digər yandan “Soyuq müharibə” mentalitetindən imtiina bəndində qeyd edir ki, “bir ölkənin təhlükəsizliyi digər ölkələrin təhlükəsizliyi hesabına təmin olunmamalıdır” və “regionun təhlükəsizliyi hərbi blokların genişlənməsi və güclənməsi hesabına əldə edilməməlidir”. Bunlar isə bir növ Rusiyanın Ukraynaya qarçı işğalçılıq müharibəsinə haqq qazandıran tezislərinin, bəhanələrinin başqa bir formada təkrarı təsiri bağışlayır.

Onu da qeyd edək ki, ÇİN BMT-nin bu gün keçirilən toplantısında Rusiyanın öz qoşunlarını Ukraynadan çıxarmasını tələb edən qətnaməsinə dair səsvermədə bitərəf qalıb. Bu isə Çinin “sülh planı”ndakı 1-ci bəndlə - “Bütün ölkələrin suverenliyinə hörmət edilməsi” bəndi ilə ziddiyyət təşkil edir.

Digər bəndlərə gəlincə, burada ən önəmli olanlar nüvə silahından istifadənin yolverilməzliyi və AES-lərin təhlükəsizliyinin qorunmasıdır.

Əksər şərhçilər Çinin təqdim etdiyi sənədin sülh planı yox, tövsiyyə, təklif, çağırış xarakteri daşıdığını onunla izah edirlər ki, Çin bu sənədin “sülh planı” kimi tərəflərin rədd etməsindən ehtiyat edib. Yəni, bir növ “sözünün yerə düşməsini” istəmədiyi üçün bunu plan yox, Çinin mövqeyi və tövsiyyəsi kimi təqdim edib.

Lakin göründüyü kimi, onun birmənalı şəkildə qəbulu və bu sənədin sülh prosesində əsas kimi götürülməsi olduqca az ehtimal edilir. Çünki Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün tanınması Rusiyanın mövqeyinə ziddir. Eyni zamanda, Ukraynanın hərbi bloklarda iştirakına qarşı çıxılması, yaxud Rusiyanın təhlükəsizliklə bağlı bəhanələrinin əsas götürülməsi rəsmi Kiyevi qətiyyən qane etmir. Ona görə də bu sənədin və ümumilikdə Çinin vasitəçiliyinin perspektivləri dumanlı görünür.

Həmçinin, əksər şərhçilər Çinin bu təşəbbüsünün “mən də varam” prinsipindən irəli gəldiyini və böyük ehtimalla Rusiyanın məğlubiyyətilə bitəcək müharibədən sonrakı “bölgüdə” Pekinin də iştirakına hesablandığını bildirirlər.

Digər yandan bu sənədi Çinin Rusiyanı heç də birmənalı şəkildə dəstəkləmədiyinin növbəti təzahürü hesab edirlər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR