Əli Hüseynli Ali Məhkəmənin sədri postuna gətirilir - Detallar

27 fevral, 2023 11:04

Fevral ayının 25-də Ali Məhkəmənin sədri Ramiz Rzayevin 70 yaşı tamam oldu. O, 2005-ci ilin aprel ayından ali məhkəmə orqanına rəhbərlik edir.

Yaxın günlərdə R.Rzayev son yaş həddi ilə bağlı təqaüdə göndəriləcəyi bildirilir. Əslində R.Rzayevin səlahiyyətin müddəti iki il öncə bitmişdi. Məhkəmə və hakimlər haqqında qanunun 96-cı maddəsinə əsasən, ali məhkəmə hakimlərinin son yaş həddi 68-dir.

R.Rzayevin yerinə gətiriləcək bir neçə namizədin adı çəkilir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Ali Məhkəmənin sədri postuna Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli gətiriləcək.

Azsiyaset.com xəbər verir ki, onun namizədliyi ali orqanların müxtəlif yüksək vəzifəli şəxsləri tərəfindən dəstəklənir. Ə.Hüseynli cəmi 4 il (1991-1995) məhkəmə orqanlarında işləyib. Onun ən iddialı namizəd olmasına baxmayaraq, məhkəmə sistemindəki problemləri həll edə biləcək iradəyə malik olduğunu düşünmək sadəlövlük olardı. O, eləcə də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri və Məhkəmə Hüquq Şurasının üzvüdür.

Buna baxmayaraq, Ali Məhkəmənin sədri vəzifəsinə gətiriləcək şəxs məhkəmə hüquq-sistemini dərindən tanıyan, “klassik” və köhnə komanda heyətindən kənar, bu sahədə illərdir yığılıb qalan və dövlət əhəmiyyətli problemlərin həll edə biləcək ciddi praktikaya sahib olmalıdır.

Ləğv edilmiş MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun müsadirə olunmuş əmlaklarının geri qaytarılması ölkə ictimaiyyəti tərəfindən ciddi etirazalara səbəb olmuşdu. Sosial mediada minlərlə fəal bu qərarı məhkəmə orqanları tarixinin ən ədalətsiz qərarlarından biri kimi qiymətləndirmiş və ölkənin məhkəmə-hüquq sistemindəki ciddi neqativləri yenidən gündəmə gətirmişdi.

İstənilən demokratik cəmiyyətin əsas sütunu onun müstəqil məhkəmə hakimiyyətinin olmasıdır. Bu sahədəki ən ciddi problem uzun illər məhkəmə hakimiyyətinin işğal altında olmasıdır.

Acınacaqlı hal odur ki, hələ də Azərbaycanda kommersiya mübahisələrini müstəqil həll edə biləcək arbitraj sistemi mövcud deyil. İnsanlar ədalətsiz məhkəmə qərarlarından əziyyət çəkirlər. Azərbaycan məhkəmələrindəki köklü problemlər ölkədə xalqın ən çox etiraz etdiyi sahələrin ilk üçlüyündə yer alır.

Əgər məhkəmə islahatları ən yüksək səviyyədə aparılmasa, bir müddət sonra ölkədə hüquq adına olan hər şey gülüş doğuracaq, eləcə də xarici investisiyaların həcmi ciddi şəkildə azalacaq, bəlkə də sıfırlanacaq.

Azsiyaset.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR