Qarabağda yenə silahlar işə düşür? - "Rusiyanın istəyi bəllidir..."

27 fevral, 2023 16:45

“Rusiya ilə Ermənistan arasında soyuq küləklərin əsdiyi bir məqamda inanmıram ki, Azərbaycan hansısa addım atsın. Çünki indi diplomatiya vaxtıdır. Əsas məqsəd danışıqların və hansısa razılaşmaların əldə edilməsidir”.

Bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

Onun fikrincə, hazırda hərbi əməliyyatları reallaşdırmaq olmaz:

“Gərək, onun da məqamı gələ, münasib şərait yarana. Hətta bütün dünyanı inandıracaq hansısa bir dəlil olmalıdır ki, Azərbaycan nə üçün hərbi yola müraciət edib...

Hələlik danışıqlar gedir. Rusiyanın istəyi bəllidir: öz qoşunları üçün Azərbaycandan hansısa mandat qoparmaq. Azərbaycan isə istəyir ki, Qarabağda suverenliyini bərpa etsin. Bu 2 ziddiyyətli məqsəd arasında yarış gedir”.

Ekspertin qənaətinə görə, hazırda Rusiyanın beynəlxalq siyasətdəki imkanları çox məhdudlaşıb, beynəlxalq aləm tərəfindən təcrid olunub:

“Bu gün Rusiyada Avropa ilə təmaslara girmək istəyi yoxdur. Sergey Lavrovun Azərbaycana gəlməsi də normaldır. Yəqin ki İrəvana gedəcək. Hətta son zamanlar Nikol Paşinyanı israrla Moskvaya çağırırlar”.

“Bu gün Rusiya Qərblə müxtəlif istiqamətlərdə dalaşır, öz xarici siyasətini həyata keçirməyə çalışır. Ani nəticənin olacağını düşünmürəm, amma mən Azərbaycanın nə istədiyini bilirəm: Azərbaycan istəyir ki, Laçın yolunda gömrük-sərhəd məntəqəsi açsın, erməni qoşunları Azərbaycan ərazilərini tərk etsin və Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın. Buna əngəl faktorun da kim olduğu bəllidir”, – deyə Z. Əlizadə fikirlərini yekunlaşdırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR