Dünyada dollar qıtlığı - Azərbaycanda bahalaşma gözlənilir

07 mart, 2023 11:09

Nüfuzlu "Bloomberg" agentliyində dərc olunan məqalədə bildirilir ki, hazırda dünya bazarında dollar qıtlığı səbəbindən böhran yaşanır.  Məqalə müəllifi bir sıra ölkələrdə yaşanan iqtisadi problemlərdən nümunə gətirib. Qeyd olunub ki, Şri-Lankada xəstəxanalar əməliyyatlarını təxirə salır, Nigeriyada beynəlxalq uçuşlar dayandırılır, Pakistanda avtomobil zavodları bağlanır, bütün bunlar dollar qıtlığı səbəbindən baş verir.

Bir sıra ölkələrin iqtisadiyyatında problemlər daha da pisləşib.Dollar qıtlığı xammaldan tutmuş dərman sənayesinə qədər hər şey sahədə problemlər yaradır. Bu cür tendensiya pul menecerlərini investisiyaların ayrılması zamanı ehtiyatlı davranmağa məcbur edəcək.

Bəs, dollar qıtlığı Azərbaycana necə təsir edəcək?

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dollar qıtlığı anlayışı bu pul vahidinin bahalaşması ilə əlaqədardır. "Yəni FED faizləri artıra-artıra gedir. Bu da müəyyən qədər dolların sərbəst dövriyyəsinə problem yaradır. Dolların mənbəyi bahalaşır, faizi artır", - ekspert bildirib.

Onun sözlərinə görə, bunun Azərbaycanla birbaşa əlaqəsi yoxdur:

“Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Mərkəzi Bankın da, Neft fondunun da kifayət qədər, böyük həcmdə dollar ehtiyatı var. Bizim xarici kredit təşkilatlarına ehtiyacımız  yoxdur. Buna görə də, qıtlığın Azərbaycana təsiri gözlənilmir”.

Buna baxmayaraq, ekspert dünya bazarında dollar qıtlığının Azərbaycanda dolayı yolla qiymət artımlarına səbəb olacağını qeyd edib:

"Dünyada gedən proseslərin tamamını nəzərə alsaq, təbii ki, dolların bahalaşması əlavə problemlər yaradır.  Dollar bahalaşdıqca dünyada mal və xidmətlərin də bahalaşmasının şahidi oluruq. Azərbaycanın da idxaldan asılı olduğunu nəzərə almaq lazımdır. Yəni bu proses ciddi infliyasiyanın yaranmasına səbəb ola bilər. Bir sözlə, bu proses qiymətlərin artımına səbəb olan əsas amillərdən birinə çevrilir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR