Türklərlə razılaşmışıq, lakin iranlılar... - Rusiya XİN
08 mart, 2023 19:40
Rusiya və Türkiyə gələn həftə Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli görüş keçirmək istəyir. Lakin indiyədək Suriya və İrandan heç bir cavab gəlməyib.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
“Hələlik hamıdan təsdiq almamışıq. Amma hamını dəvət etmişik. Artıq türk həmkarlarımızla razılığa gəlmişik, lakin suriyalılar və iranlılardan cavab gözləyirik”, - deyə o qeyd edib.