İsrailin Azərbaycandakı səfiri ermənidir?

16 mart, 2023 11:32

İsrailin Azərbaycandakı səfiri Corc Dik erməni əsillidir.

Bu barədə yazan erməni mediası onu hətta “etnik erməni”, “erməni qanı daşıyan” (?) şəxs adlandırıb.

Maraqlıdır ki, İsrailin ölkəmizdəki səfirinin Vikipediya açıq ensiklopediyasındakı tərcümeyi-halında atasının nənəsinin erməni olduğu xüsusi qeyd edilib. Səfir özü bildirib ki, atasının nənəsi “Türkiyədəki faciədən” (1915-ci il hadisələri) sağ çıxanlardandır: “Atamın nənəsinin adı Antaran Hambaryan idi. O, erməni idi və faciədə sağ qalanlar arasında olub” (O, sosial şəbəkə hesablarındakı paylaşımlarında da erməni bağına xüsusi diqqət ayırır).

Atasının nənəsinin erməni olması Corc Dikin erməni qanı daşıması anlamına gəlməsə də, maraqlı məqam da var: səfirin ingiliscə tərcümeyi-halına ata-anası və baba-nənəsi haqda xüsusi qeydlər yoxdur, amma “atasının nənəsi” haqda vurğu edilib. Hətta səfirin dilindən olmasa da, açıq ensiklopediyada 1915-ci il hadisələri “genosid” deyə xatırladılıb.

Dikin əsas ailə üzvləri barədə yox, məhz erməni ulu nənəsi barədə məlumatı bölüşməsi təəccüb yaradır. Cənab Dik atasının nənəsinin erməni olduğuna niyə bu qədər vurğu etməlidir? Üstəlik, açıq ensiklopediyada “genosid” ifadəsini niyə indiyədək redaktə etməyib?

Corc Dik İsrailin “əsas pasportu” olan musəvi dinini də qəbul etməyib. O, xristiandır. Hətta ermənilər də İsrailin Azərbaycana “erməni əsilli” diplomatı səfir təyin etməsinə təəccüblənirlər.

Yeri gəlmişkən, Dik Azərbaycana səfir təyin olunan xarici diplomatlar arasında ən çox gündəmdə olan və ictimai rəğbət görən səfirlərdəndir. Bəs onun Vikipediyada redaktə etmək istəmədiyi “erməni soyqırımı” və erməni ulu nənəsi barədə qeydinin səbəbi nədir?

Kiçik bir xatırlatma edək ki, Corc Dikin vətəndaşı olduğu və təmsil etdiyi İsrail qondarma “erməni soyqırımı”nı tanımır və Azərbaycanla bütün sahələr üzrə əməkdaşlığa xüsusi önəm verir.

Bu barədə Corc Dikə redaksiya tərəfindən sorğu ünvanlanıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR