Laçında sərhəd-keçid məntəqəsi - Azərbaycanlılar erməniləri necə yoxlayacaq?

28 mart, 2023 12:58

Mart ayının əvvəlindən Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə intensiv olaraq silah-sursat daşınıb. Rəsmi Bakı bunun qarşısını almaq üçün Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasının vacibliyinə təkid edir. 

Əgər Azərbaycanın bu qanuni tələbi həyata keçərsə, onun işləmə mexanizmi necə olacaq? Ermənistanla hüdudda sərhəd-keçid və gömrük məntəqəsinin əməkdaşları Ermənistan vətəndaşlarını Azərbyacan ərazisinə buraxacaqmı? Axı formal olaraq bu ölkə ilə vizalı və ya vizasız gediş-gəlişin icazə verilməsinə dair heç bir sənəd yoxdur. Üstəlik, hazırda koronovirus pandemiyası ilə bağlı 3 ildən çoxdur ki, ölkənin quru sərhədləri bağlıdır.

Bəs Qarabağın Azərbaycan vətəndaşı sayılan erməni sakinləri Ermənistana necə gedib-gəlməlidir? Həm də Azərbaycan pasportuna malik olmadıqları halda...

Yenisabah.az-ın suallarını cavablayan politoloq Oqtay Qasımov deyib ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması mexanizmi kifayət qədər araşdırma tələb edir və burada bir sıra spesifik məsələlər nəzərə alınmalıdır.

O aydınlaşdırıb ki, beynəlxalq qaydalara görə, dövlətlərin sərhədlərində sərhəd-keçid məntəqələri qurulanda orada ölkənin sərhədçiləri və gömrükçüləri ölkə ərazisinə daxil olan bütün şəxs və yükləri istisnasız olaraq yoxlayır, eləcə də terrorçu, yaxud "qara siyahı"da olmayan şəxslərdən başqa hər kəs ölkəyə buraxılır:

“Laçına dair məsələ isə bir az fərqlidir. Əlbəttə, orada əlavə tədbirlər görülə və bəzi istisnalar ola bilər. Amma böyük ölçüdə beynəlxalq qaydalar tətbiq olunmalıdır. Eyni zamanda, bu, ermənilərin öz ərazisində quracağı sərhəd-keçid məntəqəsindəki şərtlərə uyğunlaşdırılmalıdır”.

Siyasi təhlilçi onu da xatırladıb ki, 10 noyabr anlaşmasında qeyd olunan Laçın və Zəngəzur kommunikasiya xətlərində eyni standartların tətbiqi nəzərdə tutulub:

"Prezident İlham Əliyev 2021-ci il dekabrın 14-də Brüsseldəki üçtərəfli görüşdən öncə bu haqda belə bir bəyanat vermişdi: Zəngəzurda hansı status veriləcəksə, Laçında da həmin qaydalar tətbiq olunacaq və eyni status həyata keçiriləcək.

2020-ci ilin 10 noyabr bəyanatında nəzərdə tutulan məsələ Laçın yolundan humanitar məqsədlərlə istifadə edilməsi, eləcə də Qarabağda yaşayan erməni vətəndaşlarımızın Ermənistana gediş-gəlişinin rahat şəkildə həyata keçirilməsi ilə bağlı idi. Sərhəd-keçid məntəqəsi həmin bəyanatda qeyd olunmasa da, hazırkı şərtlər artıq bunu diktə etməkdədir. Bunun üçün əlavə müzakirələrə də ehtiyac qalacaq.

Əlbəttə, birmənalı şəkildə silah-sursat, digər hərbi ləvazimatlar, o cümlədən terrorçulara xüsusi qaydalar tətbiq olunmalı və onlar filtrdən keçməlidir və şübhəsiz ki ölkəyə buraxılmayacaqlar. Habelə Azərbaycana düşmən mövqedə olmayan hansısa erməni ictimai-siyasi xadim, mətbuat nümayəndəsi və s. Azərbaycan ərazisinə daxil ola bilər. 

Hazırda koronovirus pandemiyasına görə quru sərhədlər bağlı olduğundan Laçın yolundakı sərhəd-keçid məntəqəsinin işləmə mexanizmi fərqli şəkildə tənzimlənməlidir. Düşünürəm ki, Azərbaycan müəyyən istisnalar tətbiq edə, eləcə də ilkin dövrdə gərginlik olmasın və inteqrasiya prosesi fasiləsiz davam etsin deyə, orada müəyyən istisnalar nəzərdə tuta bilər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR