ABŞ-ın Yaxın Şərqdəki müttəfiqi Rusiyaya raket tədarük etməyi planlaşdırıb - "Washington Post" nəşri

11 aprel, 2023 11:48

ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən biri hesab olunan Misir Prezidenti Əbdül Fətah əs-Sisi gizli şəkildə Rusiyaya göndərilmək üçün 40.000-ə qədər raket istehsal etmək tapşırığı veribmiş.

"Washington Post" xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının sızdırılmış sənədində bildirilib. Fevralın 17-nə aid çox məxfi sənəd Sisi ilə Misirin yüksək rütbəli hərbi rəsmiləri arasında ehtimal edilən danışıqları ümumiləşdirir və həmçinin Rusiyaya artilleriya mərmiləri və barıt tədarük etmək planlarına istinad edir. Sənəddə Sisi rəsmilərə “Qərblə problem yaşamamaq üçün” raketlərin istehsalı və daşınmasını gizli saxlamağı tapşırır.

Həmçinin, sənəddə Prezident Sisinin fevralın 1-də “Qərblə problemlərdən qaçmaq üçün” raketlərin tədarükünün məxfi saxlanılması ilə bağlı göstəriş verməsi və hərbi istehsal üzrə dövlət naziri postunu tutan Salah əl-Dinə istehsalçılara mərmilərin Misir ordusu üçün nəzərdə tutulduğunu bildirməsi təsvir edilir.

Sənəddə Salah əl-Dinin, "zəruri olarsa, öz xalqına növbəli işləməyi əmr edəcək, çünki bu, Misirin Rusiyaya əvvəllər etdiyi köməyi geri ödəmək üçün edə biləcəyi kiçik bir şeydir", deyə söylədiyi aydın olur. Sənəddə Rusiyanın daha əvvəl verdiyi yardımın nə olduğu açıqlanmır. Sızdırılan sənəddə Salah əl-Dindən sitat gətirilir ki, ruslar ona “hər şeyi almağa” hazır olduqlarını deyiblər.

Qeyd edək ki, Moskva və Qahirə bu yaxınlarda bir neçə mühüm saziş imzalayıb, o cümlədən bu il Rusiya ilə Misirdə nəhəng dəmir yolu zavodu tikmək üçün müqavilə imzalayıb. Rusiyanın dövlət atom enerjisi korporasiyası olan "Rosatom" da keçən il Misirin ilk Atom Elektrik Stansiyasının tikintisinə başlayıb.

Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd sənəd və orada təsvir edilən danışıqların doğruluğu ilə bağlı suallara cavab olaraq bildirib ki, Misirin ilk gündən mövqeyi bu böhrana qarışmamağa və hər iki tərəflə bərabər məsafə saxlamaq öhdəliyinə əsaslanıb.

“Misir BMT Baş Assambleyasının qətnamələrinə, BMT nizamnaməsinə və beynəlxalq hüquqa dəstəyini təsdiqləyir. Biz hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa və danışıqlar yolu ilə siyasi həllə nail olmağa çağırmağa davam edirik”, - o qeyd edib.

Anonimlik şərti ilə danışan ABŞ hökumət rəsmisi, raket ixracı təşəbbüsünə istinad edərək, "Biz bu planın həyata keçirilməsindən xəbərdar deyilik. Biz bunun reallaşdığını görməmişik", deyə bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR