Pentaqonun məxfi sənədləri necə ələ keçirilib?

15 aprel, 2023 14:53

Pentaqon sənədlərinin sızdırılmasında şübhəli bilinən Cek Teyşeyra məxfi materialların qanunsuz surətini çıxarmaq və ötürməkdə ittiham olunub. Ona qarşı yüzdən çox ittiham irəli sürülə bilər.

Boston məhkəməsində Massaçusets Hava Milli Qvardiyasının 21 yaşlı əsgəri iki casusluq əməlində ittiham olunub. Onlardan biri məxfi müdafiə materiallarının qanunsuz surətinin çıxarılması və ötürülməsi, digəri isə müdafiə materiallarının icazəsiz yerə qanunsuz daşınması ilə bağlıdır.

Qeyd olunur ki, indiyədək Teyşeyranın ittihamı yalnız Ukraynadakı müharibənin vəziyyətini təsvir edən və qoşunların yerdəyişməsi ilə bağlı təfərrüatları əks etdirən sənədlə bağlıdır.

Ekspertlərin fikrincə, müstəntiqlər dərc olunan hər bir sənədi ayrıca tədqiq edəcəklər. Casusluq Aktının bircə dəfə pozulması on ilə qədər həbs cəzasını nəzərdə tutur.

Məhkəmədə dinləmə qısa çəkib. Teyşeyra susmaq hüququnun olduğunu deyib, ona ictimai müdafiəçi təyin edilib, prokuror təqsirləndirilən şəxsin məhkəməyə qədər həbsə alınmasını istəyib. Bu məsələyə çərşənbə günü, aprelin 19-da məhkəmə baxacaq. Teyşeyra və ailəsi jurnalistlərə açıqlama verməyib.

Teyşeyra 13 aprel cümə axşamı Massaçusetsdəki evində saxlanılıb. Bundan əvvəl “The Washington Post” xəbər vermişdi ki, şübhəli şəxs Discord messencerində 20-30 nəfərlik söhbətin iştirakçıları ilə gizli məlumatları paylaşıb. Onların dünyadan daha çox xəbərdar olmalarını istədiyini bildirdi.

FTB agenti bildirib ki, Teyşeyra 2021-ci ildən məxfi materiallara çıxış əldə edib. Mütəxəssislər deyirlər ki, gənc əsgərin nə üçün belə yüksək səviyyəli klirensiyaya malik olması sualı açıq qalır - buna ABŞ Müdafiə Nazirliyi qərar verməlidir.

“Reuters”in məlumatına görə, ABŞ-ın yüzdən çox məxfi sənədləri açıqlana bilər. Olay 2010-cu ildə “WikiLeaks” saytında 700 000-dən çox sənəd, video və diplomatik rabitənin dərcindən sonra ən ciddi qalmaqal hesab olunur. Pentaqon məlumatın sızdırılmasını “qəsdən cinayət əməli” adlandırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR