Vaşinqton sülh müqaviləsinə görə İrəvana təzyiq edir - "Hraparak" nəşri
28 aprel, 2023 11:35
"ABŞ Bakı ilə tezliklə sülh müqaviləsi imzalamaq üçün İrəvana təzyiq edir".
Belə bir iddianı "Hraparak" nəşri gündəmə gətirib.
Qəzet yazıb ki, Vaşinqton tərəflərin may ayının sonuna qədər sazişin ilkin variantını təsdiq etməsini istəyir. Məlumata görə, layihə variantını bu yaxınlarda İrəvana, sonra isə Bakıya səfər edən ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson gətirib.
Bildirilib ki, təfərrüatlar məlum deyil, lakin bəzi məlumatlara görə, sənəd Ermənistanın maraqlarına cavab vermir.
"Təkliflər o qədər xoşagəlməzdir ki, bütün məğlubiyyətçi mövqelərinə baxmayaraq, Ermənistan hakimiyyəti buna razılıq vermir", - nəşrdə qeyd edilib.