Allahşükür Paşazadənin revanş addımı - Sarsılan dövlət maraqları...

03 may, 2023 17:58

Məşədi Dadaş məscidinə yeni təyinat bütün nüfuzu və səlahiyyətlərini itirmiş Paşazadənin revanş addımı və gövdə nümayişi cəhdi oldu. Nəticədə isə dövlət maraqları ciddi zərbə alır.

Paşazadə onun nüfuzuna qarşı DQİDK vasitəsilə yeridilən fəaliyyətin qarşısını almaq üçün çoxdan Komitədəki əlaqələrini işə salmışdı. Həmin əlaqə isə hələ Eldar Mahmudov zamanında DQİDK-yə yerləşdirilmiş və şeyxlə “işgüzar” əlaqədə olan Səyavuş Heydərovdur.

Həmin əlaqələr və başqa vasitələrlə Şeyx nəhayət ilk revanş addımlarından birini atdı - tam özünün itaətində olan adamlarından birini Komitənin əli ilə Məşədi Dadaş məscidinə imam təyin etdirir və həmin məscidin, özününkü hesab etmədiyi, rəqib gördüyü icmasını məsciddən uzaqlaşdırdı. Əslində bu, Dini Komitə tərəfindən atılan çox ciddi səhvdir – illərdir oturuşmuş savadlı dini maarifləndirmə ənənələri, milli xətti, xarici təsirlərə qarşı mübarizə təcrübəsi, xeyriyyə fəaliyyətləri, şəhid ailələri ilə illərdir iş və yardımlaşma ənənəsi olan bir icmanı dağıdıb, yerini yenidən illərdir aradan qaldırılmağa çalışılan köhnə xəttə təhvil vermək.

Nəticəsi isə - məsciddən uzaqlaşdırılan və faktiki nəzarətsiz və mənəvi mərkəzsiz qalan dindar kütlənin xarici təsir qarşısında tərksilah edilməsi, bundan sonra dini sahədə Azərbaycana qarşı atılan addımlara etiraz edəcək nüfuzlu icma və ruhanilərin sayının azaldılmasıdır.

Sübutu da budur ki, əvvəla, Şeyxin “ağzı qatıq kəsməyən” mollalarının nəzarətində olan məscidlərinin heç birində indiyədək milli dindar kütləsi yetişdirilməyib. İkincisi isə, ən son zamanlaradək nə özü, nə də ətrafındakı mollalardan heç biri İrana antiAzərbaycan addımlara görə etiraz etməyən Paşazadənin yeni adamı, lazım olduqda, İrana və ya başqa xarici qüvvəyə qarşı tutarlı təpər göstərə biləcəkmi? Məşədi Dadaş məscidinin əvvəlki icmasının göstərə bildiyi kimi. İnanmırıq.

Samir Feyruzov 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR