Ölümə aparan videolar: günah çəkəndədi, yoxsa yayanda? - RƏYLƏR

23 oktyabr, 2020 14:13

Oktyabrın 21-dəişğal altında olan rayonlarımızdan birinə daxil olan əsgərlərimizin videosu paylaşıldı. Videoda Milli Qəhrəmanımız Şükür Həmidov görünür və koordinatları dəqiq deyilirdi. Onun növbəti günü, yəni dünən Ş.Həmidov, deyilənə görə, snayper gülləsi ilə şəhid olub.

Anoloji hadisələr bir neçə dəfə də baş verib. Məlumatlar, görüntülər ötürülür və ardınca həmin görüntülərdə olan hərbçilərin şəhid olmalarına dair informasiyalar yayılır.

Bəs burda günah hansı tərəfdədir – videoları çəkib arxa cəbhəyə göndərənlərdə, yoxsa sosial şəbəkələrdə və mediada yayan insanlarda?

Azsiyasət.com xəbər verir ki, mövzu ilə bağlı bakupost.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, dəfələrlə müxtəlif qurumların xəbərdarlıq etməsinə baxmayaraq, şəhidlərin sayı, şəkilləri, harada qulluq etməsi haqqında yenə də sosial şəbəkələrdə paylaşımlar edilir, müxtəlif media qurumlarında məlumatlar verilir: “Məlum məsələdir ki, hər bir şəhid barəsində olan məlumatlardan ermənilər öz xeyirlərinə istifadə edərək müvafiq kartotekalar hazılayırlar. Kimin hansı rütbədə və harda şəhid olduğunu, hansı rayonda dəfn edildiyi barədə məlumatlar yayırlar. Bir neçə dəfə müraciət etmişəm ki, ümumiyyətlə bu mövzuların yayılması qadağan olunsun. Kimisi reytinq naminə, kimisi özünü göstərmək üçün bu məlumatları yayırlar”.

Millət vəkili əlavə etdi ki, digər məsələ hərbçilərin özlərinin dislokasiya yerini göstərməklərindən ibarətdir: “Bəziləri bilmədən, bəzilərisə bilərəkdən bunu edir. Bu da çox ağır fəsadlara gətirib çıxarır. Son vaxtlar cəbhə bölgəsində olan media nümayəndləri də öz dislokasiya yerlərini göstərməyə başladılar. Düşmən də bundan müvafiq istiqamətdə istifadə edir. Əgər müharibə gedirsə, belə məsələlər qadağan edilməlidir. Müharibə tək səngərlərdə, diplomatik kanallarda getmir, eyni zamanda informasiya müharibəsi gedir. Buna görə də birmənalı şəkildə bu cür proseslərin qarşısı alınmalıdır. Hər bir vətəndaş bilməlidir ki, müharibə gedən ərazilərdə belə məsələləri qabartmaq olmaz”.

Hərbi ekspert Üzeyir Cəfərov isə belə bir məsuliyyətli məqamda ən xırda ehtiyatsızlığın böyük faciələrə gətirib çıxardığını qeyd etdi: “Müdafiə Nazirliyi dəfələrlə vətəndaşlara və hərbi qulluqçulara xəbərdarlıq edib ki, bütün hallarda hansısa məlumatın paylaşılması, yayılması yolverilməzdir, olmaz. Ümumiyyətlə, komandirləri qəti şəkildə göstərmək olmaz. Çünki düşmən birinci olaraq komandirləri hədəfə alır. 90-cı illərdə Birinci Qarabağ müharibəsi ərəfəsində göstəriş var idi ki, heç bir halda döyüşə üstümüzdə komandir əlamətləri olan - hər hansı ulduz yaxud başımızdakı papaqda aypara əks olunan geyimlərlə qatılmayın. Əlbəttə, mən də düşmənə bu cür ipucular verilməsinin tərəfdarı deyiləm. Bu cür videolarla düşmənə məlumat ötürülür ki, burda filan komandir, zabit, yaxud böyük-kiçik komandir var. Ordunun apardığı hərbi əməliyyatda böyük-kiçik söhbəti yoxudur, o, düşmənlə müharibədir və müharibədə ən xırda komandir belə düşmən üçün qənimətdir. Əgər komandir sıradan çıxarılırsa əsgərlərin işi çətinləşir”.

Ü.Cəfərov vurğulayıb ki, istənilən halda sosial şəbəkələr və müharibə son dərəcə fərqli anlayışlardır:

“O mənada fərqlidir ki, yəni ikisi bir arada ola bilməz. Müharibə aparırsansa, şəkil çəkdirib yerini göstərə bilmərsən. Bu düşmən üçün çox böyük rol oynayır. Sentyabrın axırlarında – müharibənin ilk günlərində ermənilər avtobusda bir şəkil paylaşmışdılar ki, guya Qarabağa gedirlər. Qeyd etmişdilər ki, “Gedirik türklərin anasını ağlatmağa”. O şəkil bizim üçün kifayət etdi ki, müvafiq qurumlar, vəzifəli şəxslər o yaramazları elə yolun yarısında pilotsuz uçan aparatla külünü göyə sovurdu. Ona görə də bu cür paylaşımlar mən deyərdim ki, özbaşınalıqdır. Şükür Həmidovla bağlı belə bir rəsmi məlumat oxumamışam, amma əgər həqiqətdirsə bu çox böyük itkidir. Çünki o, 2016-cı ildə çox böyük qəhrəmanlıq və şücaət göstərən zabitlərimizdəndir”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov qeyd edir ki, sosial şəbəkə istifadəçiləri də bir-birinə deməlidirlər ki, bunu etmək olmaz: "Mən ümumiyyətlə, başa düşmürəm ki, bu qədər qadağalar olan yerdə, insanlar rəsmi olmayan məlumatları niyə yayırlar. Çünki düşmən artıq məlumatın çox hissəsini sosial şəbəkələrdən götürür və bilir ki, artıq filan komandir yaralıdır və sıradan çıxıb, filan zabit şəhid olub, bunlar hamısı məxfi məlumatlardır".

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR