TANAP ilə tədarük edilən qazın həcmi nə qədərdir?
12 may, 2023 11:33
Azərbaycandan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə ümumilikdə 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib.
Bunu “SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov bu gün İzmirdə keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, bu həcmin 23,3 milyard kubmetri Avropaya nəql edilib.
"Bu günə qədər Azərbaycandan bu kəmər vasitəsilə Türkiyəyə isə 21,5 milyard kubmetr təbii qaz tədarük edilib", - deyə Elçin İbadov vurğulayıb.