"Ermənilərdən bütün etdiklərinin əvəzi çıxılmalıdır" - ADP sədri

24 oktyabr, 2020 21:55

Sərdar Cəlaloğlu: "Ermənistan ordu saxlamaq hüququndan mərhum edilməldir"

"Ordumuzu, siyasi sistemimizi, iqtisadiyyatımızı eynən Türkiyə kimi qurmalıyıq"

Azərbaycan cəmiyyəti qələbəyə köklənib. Silahlı Qüvvələrin 3-4 həftə ərzində işğalda olan torpaqların əhəmiyyətli hissəsini azad etməsi, düşmənin ağır məğlubiyyətlə üzləşərək fəaləkət düçar olması gələcəyə böyük ümidlər yaradıb. Ordumuzun uğurları diplomatik cəbhədə də Azərbaycanın şərtləri diqtə edən mövqelər əldə etməsini təmin edib. 

Hazırda 27 illik sülh danışıqlarından, razılaşdırılan prinsiplərdən, status-kvodan, təmas xəttindən əsər əlamət qalmayıb. Azərbaycan rəhbərliyi hər şeyi əlinin tərsi ilə kənara itələyərək özünün beynəlxalq hüquqa əsaslanan şərtini irəli sürüb: işğalçı ordu Azərbaycanın bütün ərazilərindən çıxmalıdır. Qarabağda ermənilərə hər hansı siyasi statusun verilməsindən söhbət belə gedə bilməz.

Azsiyasət.com xəbər verir ki, durumu azpolitika.info-ya şərh edən ADP sədri Sərdar Cəlaloğlu da Azərbaycan Ordusunun mislisiz naliyyətlərə imza atığını deyir.

Onun sözlərinə görə, 30 il ərazində düşmənin qurduğu müdafiə istehkamlarının, əldə etydiyi silah-sürsatın, hərbi texnikanın darmadağın edilməsi, işğalda olan ərazilərimiz qarşı-qarış azad edilməsi böyük uğurdur: "Cəmi bir aya yaxın müddətdə bu qədər uğurlar əldə etmək ordumuzun gücündən, yüksək döyüş əhval - ruhiyyəsindən xəbər verir. Cəbhədə naliyyətlərimiz artdıqca Azərbaycan diplomatiyasının da əli güclənəcək və milli maraqlarımızı daha qətiyyətlə müdafiə edəcəyik. Hər şey ordumuzun davamlı qələbələrindən asılıdır. Əminəm ki, biz sona qədər bunu bacaracağıq".

S. Cəlaloğlu hesab edir ki, Azərbaycan regionda bütün maraqlı qüvvələrlə münasibətlərini yüksək səviyyədə saxlamalı, əməkdaşlığı davam etdirməlidir: 

"Haqq, hüquq bizim tərəfimizdədir, 30 ilə yaxın gözlədik, Ermənistan rəhbərliyi təklif etdiyimiz güzəştlərlə razılaşmadı. Buna görə də indi güc tətbiqi ilə siyasətimizi həyata keçiririk. Buna heç bir qüvvə mane ola bilməz".

Partiya sədri qələbədən sonra Azərbaycanın Ermənistanla bağlı çox vacib strategiya həyata keçirməli olduğunu düşünür: 

"Kapituliyasiyadan sonra ilk növbədə Xocalı soyqırımında və digər qətliamlarda əli olan erməni cinayətkarlarının hamısı cəzalandırılmalıdır. Ümumiyyətlə, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş şəxslərin heç birini kənarda qoymaq olmaz. Azərbaycan 20 mindən artıq şəhid verib, on minlərlə insan yaralanıb, əlil olub. İqtisadiyyata milyardlarla ziyan dəyib. Azad olunan ərazilərdən yayılan kadrlardan görürsünüz, bütöv rayonlar kəndlər şəhərlər yox edilib, daşı daş üstə qalmayıb. Bu sözlə ifadə olunmayacaq bir vandalizmdir. Bütün bunların əvəzi çıxılmalıdır, bu ölkə vurdğu maddi, mənəzi ziyana görə, ağır təzminatlar ödəməyə məhkum edilməlidir. 

Necə ki, İkinci Dünya Müharibəsindən sonra faşist Almaniyası bəşəriyyətə vurduğu zərbələrin əvəzini ödəməyə məhkum edildi, eləcə də Ermənistan. Biz məsələ qaldırmalıyıq ki, Ermənistan ümumiyyətlə ordu saxlamaq hüququndan məhrum edilsin. Bu dövlət bəşəri qanunlara uyğun yaşaya bilmir, tarix boyu təxribat, terror, fitnə ilə məşğul olub. Bu gün bizə nə qədər düşməndirsə, sabah ətrafdakı ölkələrə qarşı da o qədər təhlükə törədir. Ona görə birdəfəlik erməni məsələsi həllini tapmalıdır. Yalnız bunlardan sonra ermənilərin Azərbaycanlılarla birgəyaşayış məsələsinə baxmaq olar".

Sərdar Cəlaloğlu Türkiyənin Azərbaycana verdiyi mənəvi, siyasi dəstəyi yüksək qiymətləndirir. O hesab edir ki, elə bu gündən başlayaraq qardaş ölkə ilə iki dövlət vahid siyasət prinsipi həyata keçirilməlidir:

"Bu gün hər iki ölkənin regionda maraqları və düşmənləri enidir. Türkiyə bizə mislisiz dəstək göstərməklə yanaşı həm də bizə örənəkdir. Biz qələbədən sonra Türkiyə modelli dövlət quruculuğuna başlamalıyıq. Ordumuzu, siyasi sistemimizi, iqtisadiyyatımızı eynən Türkiyə kimi qurmalıyıq. Bu bizə çox böyük uğurlar vəd edir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR