ABŞ İsrailə İranla bağlı birgə hərbi planlar təklif edib - "Axios" nəşri

18 may, 2023 09:37

ABŞ İsrailə İranın hərəkətlərinə cavab vermək üçün birgə hərbi planlar barədə təklif göndərib.

Bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, bu, ABŞ və İsrail arasında hərbi əməkdaşlığın əhəmiyyətli inkişafına səbəb olacaq görünməmiş təklifdir. Bu fikirlər ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley və ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurillanın İsrailə son səfərləri zamanı Tel-Əvivin diqqətinə çatdırılıb.

Bununla belə, burada söhbət İrana qarşı hər hansı zərbənin planlaşdırılmasından getmir.

Tərəflər İranla bağlı müxtəlif fövqəladə hallar zamanı planlar mübadiləsi aparacaq və Tehranın regiondakı fəaliyyəti ilə bağlı yaranan müxtəlif vəziyyətlərdə necə davranmağı müzakirə edəcəklər.

Portal qeyd edir ki, iki həftə əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunda çıxışı zamanı İsraili narahatlığa əsas olmadığına inandırmağa çalışıb.

"Biz açıq şəkildə bildirdik ki, İranın nüvə silahına malik olmasına heç vaxt icazə verilməyəcək. ABŞ Prezidenti Cozef Baydenin dəfələrlə dediyi kimi, o, bu məqsədə çatmaq üçün lazımi tədbirləri görəcək, o cümlədən İsrailin fəaliyyət azadlığını tanıyacaq", - Sallivan bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR