Türkiyədəki prezident seçkisinin nəticəsi Azərbaycanın taleyinə təsiri... - Bəs, növbəti 5 ildən sonra nə edəcəyik?

18 may, 2023 11:17

Türkiyədə keçirilən prezident seçkisinin nəticəsi Azərbaycanın gələcək taleyinə çox ciddi təsir edəcək. Məhz buna görə Azərbaycan dövləti bu seçkiyə xüsusi həssaslıqla yanaşır. Azərbaycan ictimaiyyətinin bu məsələ ilə bağlı tutduğu mövqe isə başqa rakursdan təhlil olunmalıdır. İnsanlarımız sosial şəbəkələrdə hər hansı namizədə dəstək verməkdə sərbəstdirlər. Amma dövlət kütlədən fərqlidir. Bu məsələ ilə bağlı dövlətin mövqeyi strateji, ictimaiyyətin mövqeyi isə taktiki müşahidə şəraiti yaradır. Söhbət nədən gedir? Ümumiyyətlə, Türkiyədə keçirilən prezident seçkisi Azərbaycanın gələcək taleyinə (suverenliyinə) necə təsir edə bilər? Biz nə üçün narahatıq? Bir çox ekspertlər yanlış olaraq, bu seçkinin nəticələrinin Azərbaycan üçün sırf Zəngəzur, Qarabağ və Ermənistan məsələsinə görə vacib olduğunu şərh edirlər.

ƏRDOĞAN amili - Onun prezidentliyinin ikinci on illiyi dövründə Azərbaycan Rusiyanın orbitindən ciddi şəkildə aralanmağa başladı. Türkiyə-Azərbaycan münasibətləri tarixdə heç vaxt olmadığı dərəcədə pozitiv mərhələyə qədəm qoyub. Məhz bu yaxınlaşma Azərbaycanı Kremlin “coğrafi və siyasi cazibə dairəsi”ndən əhəmiyyətli dərəcədə uzaqlaşdırdı. Rusiya iki ölkə arasındakı yaxınlaşamaya açıq aqressiya nümayiş etdirmir. Əgər bu yaxınlaşma Azərbaycanla hər hansı NATO ölkəsi arasında baş tutsaydı, Rusiyanın fərqli münasibətinin şahidi olacaqdıq. Bu da bəllidir ki, hazırki seçkilərdə Ərdoğan prezident seçilsə belə, 5 ildən sonra Türkiyənin prezidenti başqa biri olacaq. Sual olunur, bəs, bundan sonra Azərbaycanı nə gözləyir? Ərdoğan bizə təkcə Qarabağa görə lazım deyil, hər kəs onun bizim üçün vacibliyini Qarabağ, Zəngəzur və Ermənistan kontekstindən təhlil edir.

Ancaq düşünürəm ki, Ərdoğandan sonra Azərbaycan tamamilə Rusiyadan asılı duruma düşə bilər. O, Kremlin Azərbaycana təsir imkanlarını və Azərbaycanın Kremlə üz tutması üçün “tarixi və coğrafi səbəbləri” əhəmiyyətli dərəcədə azaldıb. Buna görə də Ərdoğandan sonrakı prezidentin kimliyi bizim üçün çox əhəmiyyətlidir.

KAMAL KILIÇDAROĞLU amili - O, prezident seçilərsə, Azərbaycan-Türkiyə münasibətlərində uzun müddət dərin bir qeyri-müəyyənlik müşahidə oluna bilər. Bu amil Azərbaycanı sürətli şəkildə yenidən Kremlin orbitinə itələyəcək. Azərbaycan Rusiyanın təsir dairəsindən kənarlaşmaq üçün uzun illər, ciddi resurslar və böyük enerji sərf edib.

Türkiyədə Azərbaycanla münasibətləri qeyri-müəyyənlik yaradan hər hansı namizədin prezident seçilməsi mövcud situasiyanı yenidən sıfırlaya bilər. Prezident seçilərsə, K.Kılıçdaroğlunun ilk səfər edəcəyi ölkənin Azərbaycan olub-olmayacağı da ciddi şübhələr yaradır. Azərbaycan prezidentinin əhəmiyyətli prinsipləri ölkəmizi fərqli mövqeyə sahib edib. Ərdoğanla Əliyevin yaxınlaşması uzun bir zaman almışdı. Bu dəfə liderlərin yaxınlaşması nə qədər zaman ala bilər?

Bütün bu halları nəzərə alaraq, Azərbaycan dövləti strateji qərarlar verməlidir. Yəni, növbəti 5 ilə hesablanan addımlar atmalıyıq. Ərdoğandan sonra (2028-ci ildən sonra) Türkiyədə prezident olacaq şəxs çox şeyi dəyişə bilər. Bu dəfə Ərdoğan seçilərsə, bu bizə 5 il zaman tanımış olacaq. Azərbaycan bu məsələdə bütün ciddi-cəhdlə çalışmalıdır ki, Türkiyədə 5 ildən sonra o şəxs prezident olsun ki, həmin şəxs Ərdoğan-Əliyev arasındakı tarixi missiyanı (Azərbaycan-Türkiyə birliyini) davam etdirsin. Biz, buna qadirikmi? Bilmirəm. Amma bu dövlətimiz üçün bir proje xarakteri almalıdır. Qarabağ, Zəngəzur, Cənubi Qaz dəhlizi, Rusiya-ABŞ münasibətlərində böyük oynayan Azərbaycan bu məsələdə də böyük oynamalıdır. Başqa yol yoxdur, eyni güc və enerji bu məsələdə də ərsəyə gəlməlidir.

Əks halda, 5 ildən sonra yenidən Rusiyanın orbitinə geri dönməkdən başqa yolumuz qalmayacaq.

Bu şəxs ığdırlı, Azərbaycana münasibəti heç bir şübhə doğurmayan Sinan Oğan ola bilərmi? Bu haqda da heç nə deyə bilmərik. Amma bu dəqiq bəllidir ki, 5 ildən sonra Türkiyənin prezidenti nə Ərdoğan olacaq, nə də Kılıçdaroğlu... Onlardan sonra isə Türkiyə siyasi vitrinində hələki 3 şəxs var: Sinan Oğan, Əkrəm İmamoğlu və Mansur Yavaş... Bəs, bizə kim lazımdır, bəlkə başqa namizədlər var?!

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR