Rusiya-İran yaxınlaşması - Azərbaycan udur, yoxsa...

18 may, 2023 15:17

Regionda çox mürəkkəb proseslər cərəyan edir. Şimal və cənub qonşularımız olan Rusiya ilə İran arasında enerji və nəqliyyat sahəsində strateji əməkdaşlıqlara imza atılır. İki ölkə arasındakı yaxınlaşmanın perspektivləri və riskləri ciddi şəkildə dəyərləndirmə tələb edir. Həqiqətən də, səciyyələndirilməsi kifayət qədər ciddilik tələb edən situasiyadır. Çünki İranla Azərbaycan arasında buzlar hələ də əriməyib. Mütəffiqimiz Rusiya isə İran arasında regionun taleyində ciddi rol oynayacaq müştərək layihələr reallaşdırılır.

Bəs, bütün bunlar İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Rusiya və İran arasında Rəşt -Astara dəmir yolunun tikintisinə dair (170 km-lik) saziş imzalandı. Bu dəmir yol xətti Şimal-Cənub nəqliyyat dəhlizini birləşdirmiş olacaq. 170 km-lik hissə iki istiqamətdə inşa olunacaq. Birincisi, xəttin Astara (Azərbaycan) - Astara (İran) hissəsi üç ölkənin – Azərbaycan, İran və Rusiyanın dəstəyi ilə tikiləcək. Digər hissəsi isə yenə də İran və Rusiyanın iştirakı ilə reallaşmış olacaq. Azərbaycan növbəti və mühüm imkanlar əldə etmiş olur. Belə ki, Azərbaycan bu layihədə iki şəkildə bəhrələnmiş olacaq: həm Avropaya gedən mallar Azərbaycan vasitəsilə daşınacaq, həm də digər ölkələrdən gətirilən mallar İranın limanlarından Azərbaycan vasitəsilə Rusiyaya çatdırılacaq.

İranla Azərbaycan arasında münasibətlərin gərgin fazadan çıxarılması missiyasını Rusiyanın həyata keçirəcəyi şübhə doğurmur.

Dəmir yol xəttinin iqtisadi-maliyyə tərəfləri ilə bağlı kritik səciyyələndirməyə ehtiyac yoxdur, amma düşünürəm ki, bu xətt qonşular arasındakı münasibətlərin korrektə olunmasında çox ciddi rol oynayacaq.

Rusiya dövləti bu layihəni “nəqliyyatda inqilab” kimi xarakterizə edir. V.Putinin "Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması sahəsində qarşılıqlı fəaliyyət Azərbaycan ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir” fikirləri kifayət qədər iqtisadi və siyasi mesajlarla zəngindir.

Görünən budur ki, Rəşt-Astara dəmir yolu Rusiya-İran və Azərbaycan müştərək və mühüm nöqtədə birləşdirəcək. Azərbaycandan Qara dənizə daşınan mallar bu məsələdə ölkəmizin qlobal əhəmiyyətini də artırmış olacaq. Yəni, söhbət təkcə Rusiya və İran arasındakı razılaşmadan getmir.

Müəllif: Samir Feyruzov 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR