"ABŞ Ukraynada müharibəni dondurmaq üçün Koreya ssenarisini nəzərdən keçirir" - "Politico " nəşri

19 may, 2023 10:42

“Vaşinqton Ukraynanın rus işğalçılarını öz ərazisindən çıxara bilməyəcəyi bir ssenariyə hazırlaşır. ABŞ hakimiyyəti iki hissəyə bölünmüş Koreya nümunəsini əsas götürərək, Rusiya-Ukrayna müharibəsinin dondurulmuş münaqişəyə çevrilmə ehtimalını nəzərdən keçirir”.

Bunu ABŞ-ın “The Politico” nəşri Vaşinqtondakı mənbələrinə istinadla yazıb.

Xəbərdə qeyd olunur ki, artıq Ağ Evdə və ABŞ-ın digər səlahiyyətli orqanlarında Ukrayna və Rusiyanın pozmamağa razılaşacağı demarkasiya xəttinin mümkün konfiqurasiyaları ilə bağlı ilkin müzakirələr aparılıb.

“Nə Kiyevin, nə də Moskvanın məğlubiyyətini etiraf etməyə meylli olmadığını nəzərə alsaq, uzunmüddətli perspektivdə ən real ssenari budur. Bu, həm də Rusiyaya ölümcül zərbə vurmayacaq”, - “Politico” yazır.

Qeyd edilir ki, dondurulmuş münaqişə Kiyevə dəstək xərclərini azaldacağından, bu, ABŞ və Ukraynanın digər tərəfdaşları üçün siyasi baxımdan uzunmüddətli məqbul nəticə hesab oluna bilər. Bunun müqabilində Ukraynaya ABŞ və NATO ilə uzunmüddətli təhlükəsizlik əlaqələri təklif olunacağı bildirilir.

“Politico” bu müzakirələrin ilkin mərhələdə olduğunu, ABŞ rəsmilərinin müharibənin hələ bir müddət də davam edəcəyini gözlədiklərini, hələlik Bayden Administrasiyasının Ukraynanı lazımi silah və dəstəklə təmin etmək niyyətində olduğunu yazır.

ABŞ rəsmiləri hesab edirlər ki, kobud səslənsə də, Ukraynada Koreya ssenarisindən istifadə oluna bilər.

Qeyd olunur ki, Koreya münaqişəsində aktiv döyüşlər 1953-cü ildə atəşkəslə başa çatsa da, müharibə rəsmən yekunlaşmayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR