Ermənistanda daxili qarşıdurmalar başladı

25 oktyabr, 2020 14:35

Müharibə başlayandan Ermənistanın sosial şəbəkələrində intensiv olaraq qiymətlərin artması mövzusu müzakirə edilir.

Azsiyasət.com Azərtac-a istinadən xəbər verir ki, ermənilər sosial şəbəkələrdə müharibədən sonra güllərin, çələnglərin, əsgər geyinimin tikilməsinin, yağ və şəkərin qiymətlərinin artmasından narazıdırlar. Ermənilərə görə, əsgər geyimi 18 min Ermənistan dramından (AMD) 25 min drama (deyilənlərə görə, müharibə səbəbindən bəzi müəssisələr mənfəətin 80 faizini də alırlar), adı çəkilməyən supermarketdə isə şəkər tozunun qiyməti 320 AMD-dan 385 AMD-a qədər yüksəlib. İstifadəçilər həmin supermarketin sahibinin orduya 50 milyon dram ayırdıqdan sonra şəkər tozu və digər ərzaqların qiymətini qaldıraraq bir həftə ərzində ayırdığı pulu artıqlaması ilə qaytardığını bildirirlər.

Ermənistandakı könüllü qruplar müharibənin ilk günündən etibarən sərhədçilər üçün paltar, qida, dərman və digər əşyalar toplayaraq fəaliyyət göstərirdi. Bu dəfə vətəndaşlar həyəcan keçirirlər ki, bu günlərdə erməni tərəfi döyüş meydanında çoxlu sayda qurban verəndən sonra güllərin qiyməti də artıb.

“İrates” qəzeti son 10 gündə mağazalarda kərə yağı və şəkər tozunun qiymətinin artdığını yazır. On gün əvvəl 1 litr yağın qiyməti 600 dram idisə (bəzilərində 650 AMD, 800 AMD və daha yüksək qiymətə), hazırda 750-800 AMD-yə satılır. Bir həftə əvvəl 1 kiloqram şəkər tozu 250-280 AMD idisə, bu gün 410 AMD-dir. Qarabaşaq və un bazarında da inflyasiya müşahidə olunur. Ermənilər bunu bilavasitə davam edən müharibə ilə əlaqələndirirlər.

Erməni media müstəvisinin təbirincə, müharibə səbəbindən qiyməti artan əsas mallar güllərdir. Xüsusilə dəfn mərasimlərində tələb olunan çiçəklər - qızılgül, qərənfil və digərlərinin qiyməti demək olar ki, 50-100 faiz bahalaşıb. Satıcılar bir gülü 1000 AMD-ə satdıqlarını, lakin növbəti gün qiyməti artırmalı olduqlarını qeyd edirlər. Gülsatanlar hazırda gülləri daha baha qiymətə aldıqlarını bildirirlər. Ancaq deyilənlərə baxmayaraq, məsələn, bir qərənfilin 10 dramdan 70 dramadək bahalaşmasının səbəbi qaranlıq qalır. Yerevanda bir zanbağı orta hesabla 1500 AMD-yə əldə etmək mümkündür. Bu qiymət bir neçə mağazada da müşahidə olunub. Şəhər sakinləri çələnglərin qiymətinin kəskin artdığını da iddia edirlər. Əvvəllər bir çələngin qiyməti 20-30 min dram idisə, indi onu 40-50 min drama əldə etmək olar.

Əsgər geyimlərinin qiymətləri müharibə olmayan dövrə nisbətən artıb. Erməni jurnalistlər sosial şəbəkələrdə erməni istifadəçilərin fikirlərini təsdiqləyiblər. Müşahidələrə görə, bu gün qara bazarda (digər yerlərdə əsgər geyimini yüksək qiymət səbəbindən almaq mümkün deyil) bir paltar dəsti 18-25 min AMD-yə satılır. Müharibədən əvvəl “qara bazar”da qiymətlər 15-17 min dram arasında idi.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR