Moskvada üçtərəfli görüşdə bir həftə sonra görüş keçirilməsi haqqında razılığa gəliblər

26 may, 2023 14:42

Putin-Əliyev-Paşinyan görüşündə sülh müqaviləsi və kommunikasiyaların açılması haqqında sazişlərin imzalanmasına olan ümidlər özünü doğrultmayıb. Bunun əvəzinə növbəti dəfə qarşılıqlı iddialar irəli sürülüb.

Dövlət başçılarının iştirakı ilə keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Əliyev və Paşinyan arasında atışma mənfi çalar yaradıb.

Bundan sonra Putin-Paşinyan və Putin-Əliyev ikitərəfli görüşləri keçirilib. Putin bu görüşlərdə tərəflər arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa müvəffəq olmayıb.

Onun sözlərinə görə, həmkarları ilə təkbətək görüşdə tənzimlənməmiş məsələlər qalıb. Amma onlar sırf "texniki" xarakter daşıyır və bu, ilk növbədə terminlərdir.

"Əlbəttə, bu terminlərin arxasında müvafiq sənədlər imzalandıqdan sonra yaranacaq reallıqlar və baş verəcək hadisələr dayanmalıdır. Amma, bizim fikrimizcə, bunlar aradan qaldırılması mümkün olan maneələrdir. Onların əksəriyyəti mövcud deyil", deyə Putin bildirib.

Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü Moskva vaxtı ilə saat 23-ə qədər (Bakı vaxtı ilə 24:00-a qədər) davam edib, amma nəticə verməyib.

Görüşlərə yekun vuran Putin tərəfləri "terminləri dəqiqləşdirməyə" çağıraraq, fikir ayrılıqlarını aradan qaldırmağa çalışıb. Eyni zamanda, o qeyd edib ki, tərəflər ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması haqqında "prinsipial məsələlərdə" razılıq əldə ediblər.

Paşinyanın Şuranın iclasındakı ifadələrindən göründüyü qədər, o, Əliyevin Zəngəzur dəhlizinin açılmasında Rusiyanın maraqlı olması haqqında bəyanatına "təəccüblənib". "Bu, mənim üçün yeni xəbərdir", deyə Paşinyan müttəfiqinin satqınlığı faktını üzə çıxarmış kimi bir tonla bildirib.

Daha sonra o, faktiki olaraq Rusiyanı Laçın dəhlizindən sərbəst hərəkətin təmin edilməsi üzrə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Bu dəhlizdə Rusiya sülhməramlılarından başqa heç vaxt heç kim olmamalıdır, amma Azərbaycan dəhlizi qanunsuz olaraq bağlayıb. O, bu tezisi iki dəfə - Şuranın iclasında və Putinlə ikitərəfli görüşdə təkrar edib.

Zəngəzur dəhlizi haqqında ifadəyə cavab verən Putin belə deyib: "Nəqliyyat - dəmir yolu kommunikasiyalarının açılması və ola bilər ki, avtomobil yollarının çəkilməsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır".

"Və indi Azərbaycan nümayəndə heyəti ilə ikitərəfli görüşdə bunu dedik. Amma, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı Azərbaycanda heç bir dəyişiklik olmadığını təsdiq edir, onlar heç bir variant olmadan Ermənistanın bu ərazi üzərində tam suverenliyini tanıyır, eləcə də, nəqliyyat əlaqələrinin açılması mümkünlüyü ilə bağlı hər şeyin ikili, üçlü şərhinin heç bir əsası yoxdur", deyə Putin bildirib.

Rusiya prezidenti həmçinin Paşinyanın Laçınla bağlı iddialarını belə bir cümə ilə təkzib edib:

"Bizim Laçın dəhlizi ilə bağlı mövqeyimizi bilirsiniz. Biz heç vaxt bununla bağlı mövqeyimizi dəyişdirməmişik. Və bilirsiniz ki, erməni dostlarımızla da, Azərbaycanla da müzakirələrdə biz həmişə məhz bu mövqeyi tutmuşuq və indi də bu mövqeyi tuturuq. Hər şey bizim üçtərəfli bəyanatımıza uyğun olmalıdır. Burada bizim mövqeyimiz dəyişməyib", deyən Putin əlavə edib ki, hər üç ölkənin baş nazir müavinləri bir həftə sonra görüşəcəklər və "texniki məsələləri" aradan qaldıracaqlar.

Əliyev və Paşinyan görüşün yekunlarına görə bəyanat verməyib, bu da vəziyyətin gərgin olmasından xəbər verir.

Öz növbəsində, Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib ki, sərhədin keçilməsi məsələləri tənzimlənməyib. "Söhbət Azərbaycan-Ermənistan sərhədinin keçilməsi qaydasından, sərhəd və gömrük nəzarətinin necə həyata keçirilməsindən gedir", deyən Overçuk əlavə edib ki, baş nazir müavinlərinin danışıqlarından sonra üç ölkə lideri yeni bir görüşə ehtiyac olub-olmadığına qərar verəcəklər.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI