İrəvan 10 noyabr sazişinin 9-cu bəndindən rəsmən imtina etdi

06 iyun, 2023 11:11

Ermənistan-Rusiya münasibətlərində gərginlik finişə yaxınlaşıb. Ermənistan TŞ katibi Armen Qriqoryan ardıcıl olaraq antirusiya təbliğatı aparır.

Bu barədə “Hraparak” erməni nəşrində bildirilib.

Qeyd edilib ki, “Rusiya Ermənistanı dəhliz verməyə məcbur edir” və “Ermənistan Rusiyadan sifariş etdiyi və pulunu ödədiyi silahları almayıb” fikirləri Armen Qriqoryana məxsusdur:

“Dünən isə televiziya efirində Armen Qriqoryan açıq mətnlə bəyan etdi ki, Ermənistan 9 (10) noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 9-cu bəndinin müddəalarından, başqa sözlə, Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaları marşrutlarına Rusiyanın nəzarətindən imtina edir. “Suverenlik və qarşılıqlılıq kommunikasiyaların açılmasında mühüm prinsiplərdir, bu məsələdə önəmli olan siyasi razılaşmaların əldə olunmasıdır”, - Qriqoryan dedi. İrəvanın fikrincə, blokadanın aradan qaldırılması belə olmalıdır: bütün sərhəd nəzarəti Ermənistan tərəfində olacaq; bütün sərhəd xidmətlərini yalnız Ermənistan yerinə yetiriləcək.

Bu arada, 2020-ci ildə 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində deyilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir”. Həmçinin qeyd edilir ki, nəqliyyat rabitəsinə nəzarət Rusiya FTX-nin Sərhəd Mühafizə Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Müəllif məqalədə qeyd edib ki, Paşinyan Ukraynaya qarşı müharibədə Ermənistanın Rusiyanın müttəfiqi olmadığını deyəndən bir gün sonra Ankaraya, Ərdoğanın andiçmə mərasiminə gedib:

“Belə görünür ki, Ermənistan Rusiyanın təhlükəsizlik çətirindən imtina etmək niyyətindədir. Lakin onun alternativi nədir, bu barədə məlumat verilmir”.

Məqalədə bildirilib ki, Ermənistanın sərhəd təhlükəsizliyi və müstəqillikdən, suverenlikdən danışması gülüncdür. Çünki Ermənistan hələ də öz sərhədlərini özü müdafiə etmir – xüsusilə Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri qoruyur və ərazisində Rusiyanın bazası var(axar.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR