Fransa Ermənistana hərbi yardım etməyəcək?

21 iyun, 2023 16:13

Son vaxtlar Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsi və Naxçıvan istiqamətində təxribatları intensivləşdirib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində isə qanunsuz silahlı dəstələr mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd ediblər. Buna paralel olaraq, Ermənistan ordusunun şərti sərhəddə yerləşən bölmələrinin bir nömrəli hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.​​​​​​​

Erməni mediasında yer alan iddialara əsasən, hazırlıq prosesi fonunda Avropa İttifaqının müşahidəçiləri sərhəddən uzaqlaşdırılıb. 

Müdafiə Nazirliyinin yaydığı məlumatlarda bildirilib ki, Azərbaycan Ordusu düşmənin təxribatlarına layiqli cavab verir və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrini susdurur, eyni zamanda separatçıların cəhdlərinin qarşısını alır. 

Bölgədə vəziyyətin gərgin olduğu məqamda hansı ölkələrin Ermənistanı sülhdən yayındıraraq, təxribatlara təhrik etməsi haqlı olaraq sual doğurur. İndiki durumda əsas diqqət çəkən məqamın Ermənistanın sülh müqaviləsinə hazırlıq prosesində bu cür təxribatlara əl atmasıdır. 

Təbii ki, Azərbaycana qarşı hərbi təxribatlarda Ermənistanın havadarlarının rolu istisna edilmir. Fransanın İrəvanın destruktiv mövqeyinə dəstək nümayiş etdirməsi xüsusilə diqqət çəkir. Ekspertlərin fikrincə, Fransa rəsmilərinin Ermənistana dəstək mesajları erməni ordusunu yeni toqquşmalara sürükləyir. 

Maraqlıdır, rəsmi Paris təxribatlara haqq qazandırmaqla nəyə nail olmaq istəyir?

Bu barədə Modern.az-a danışan Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lambert bildirib ki, ölkəsi Ermənistana hərbi yardım etməyəcək:

“Heç kim növbəti “müharibə”ni planlaşdırmır. Bunu nə Azərbaycan, nə də Ermənistan istəyir. Amma burada digər diqqət çəkən məqamlar var. Belə ki, Ermənistan Rusiya ilə hərbi ittifaqın bir hissəsidir. Onu təxribatlara sürükləyən qüvvə tək deyil. Amma mən təcrübələrimə əsasən deyə bilərəm ki, Fransa ola biləcək hər hansı toqquşmada Ermənistana dəstək verməyəcək".

"Əsasən hərbi sahədə dəstəkdən söhbət gedə bilməz. Mən başa düşmürəm ki, Fransa bu ölkəyə necə “hərbi” dəstək verəcək? Çünki Fransanın özünün maraqlanmalı olduğu məsələlər var. Xüsusilə indiki kontekstdə hərbi dəstək mümkün deyil. Ona görə də Ermənistanın çıxış yolu olaraq bir seçimi var. Bu da Azərbaycan ilə sülh müqaviləsinin bağlanmasıdır. Sülh müqaviləsi regionda problemlərin həllinə səbəb olacaq. Düşünürəm ki, vasitəçi dövlətlər hər iki ölkənin maraqlarından çıxış etməlidir. Bu zaman davamlı sülhə nail olmaq olar”, - deyə fransalı siyasətçi vurğulayıb.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI