"İranla mümkün yeni nüvə sazişi ehtimalı dünya azərbaycanlılarını narahat edir" - "Frontpage Magazine" nəşri

06 iyul, 2023 14:24

ABŞ-ın geniş oxucu kütləsinə malik nüfuzlu “Frontpage Magazine” jurnalında “Azərbaycanlılar İranla mümkün yeni nüvə sazişini qınayırlar” sərlövhəli məqalə dərc olunub.

Tanınmış israilli poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilir ki, İran tərəfindən uranın zənginləşdirilməsinin azaldılması müqabilində ABŞ hökuməti molla rejimi ilə ona qarşı sanksiyalarını yüngülləşdirəcəyi yeni nüvə sazişi bağlamaq niyyətindədir. Bu sazişə qarşı çıxan İsrail rəsmiləri ilə eyni cəbhədə dünyəvi müsəlman ölkəsi olan Azərbaycan və Güney Azərbaycan müxalif diasporu də yer alır. Müəllif İranla həmsərhəd olan Azərbaycanın İsrail dövlətinin və ABŞ-ın müttəfiqi olması səbəbindən Vaşinqtonun ayətullah qaragüruhu ilə hər hansı nüvə sazişi bağlamazdan əvvəl ölkəmizin mövqeyini nəzərə almasını labüd hesab edir.

Azərbaycan diasporunun, o cümlədən güney azərbaycanlı dissidentlərin fikirlərinin yer aldığı məqalədə qeyd olunub ki, Tehran rejiminə nəfəs vermək ideyasının özü mollaları nüvə bombası yaradaraq İsrail və Azərbaycan kimi digər ölkələri təhdid etməsinə daha çox imkan yaradacaq. ABŞ hökuməti güney azərbaycanlıların milli haqlarının daim tapdanmasını, onlara qarşı molla rejiminin törətdiyi qətl və təzyiqləri unutmamalıdır.

Həmçinin qeyd olunub ki, ABŞ Tehranla danışıqlar aparmamalı və molla rejiminin əl-qol açmasına imkan verməməlidir. İranın bütün nüvə proqramını dayandırmağa məcbur etmək, onun İsrailə, Azərbaycana, regionda və dünyada demokratiyaya qarşı terroru dəstəkləmə fəaliyyətinə son qoymaq lazımdır. Bu mənada ABŞ hökuməti hər hansı sövdələşmədən əvvəl regiondakı müttəfiqlərinin maraqlarını nəzərə almalıdır. İsrailli politoiloq bu qənaətdədir ki, Azərbaycanın İrana münasibətdə mövqeyi dünya ictimaiyyətinin dəstəyinə layiqdir. Molla rejiminin yeganə məntiqli siyasəti Azərbaycanın haqlı mövqeyini qəbul etməkdir. Belə bir vəziyyətdə Azərbaycanın bəzi müttəfiqləri İrana güzəştə getmək məsələsində e"htiyatlı davranmalıdırlar.

Müəllifin qəti inamına görə, güney azərbaycanlıları dəstəkləmək Tehranın ambisiyalarını məhdudlaşdırmaq üçün ən məqsədəuyğun strategiyadır. Belə ki, bu ölkədə əhalisinin sayı on milyonlarla ölçülən azərbaycanlılar molla rejimi üzərində əhəmiyyətli nəzarəti həyata keçirmək potensialına malikdirlər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR