Adambaşına düşən dövlət borcuna görə hansı ölkələr liderdir? - Statistika
17 iyul, 2023 15:25
2022-ci ildə adambaşına dövlət borcunun ən yüksək göstəricisi Sinqapurda, ABŞ-da və Yaponiyada müşahidə olunub, Rusiya isə 94-cü yerdədir.
Adambaşına düşən dövlət borcu 117,4 min dollara çatan Sinqapur mütləq lider olub. Onu 93 min dollarlıq göstərici ilə ABŞ və 88,4 min dollarla Yaponiya izkəyir. Dördüncü və beşinci yerlərdə Kanada (58,9 min dollar) və Belçika (52,6 min dollar) gəlir.
İlk onluqda İslandiya (51,2 min dollar), İtaliya (49,2 min dollar), Fransa (47,1 min dollar), İrlandiya (47,1 min dollar) və Böyük Britaniya (46,6 min dollar) yer alıb. İlk otuzluqda Norveç (42,1 min dollar), Avstraliya (36,5 min dollar), İsveçrə (36,2 min dollar) və Almaniya (32,6 min dollar) var.