Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

27 oktyabr, 2020 15:14

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində bu günə qədər 165 kənd,  4 qəsəbə ( Hadrut, Suqovuşan, Mincivan, Ağbənd) və 4 şəhər (Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğalçılardan azad edilib. Azərbaycanın cəbhədəki ildırımsürətli hərbi əməliyyatları bir çox stereotipləri qırdı, ölkənin daxili auditoriyasının nəbzini ciddi şəkildə təftiş etdi, dövlətin hərbi potensialına, beynəlxalq aləmdəki siyasi mövqeyinə praktiki işıq saldı.

Son 1 ay ərzində baş verən hadisələr göstərdi ki;

 - Cəbhədə ağır döyüşlərin getməsinə baxmayaraq, paytaxtda və digər bölgələrdə əhali arasında təşviş yoxdur, ajiotaj yaradacaq xırda detallar belə nəzərə çarpmır. Bu, çox ciddi amildir. 

 - Azərbaycan ordusu vahid komandanlıq altında birləşib

 - Cəbhədə ağır döyüşlər gedir, ancaq ölkədə heç kəs öz həyatna təhlükə hiss etmir

 - Əhali tamamilə müharibəyə köklənib, orduda fərarilik yoxdur, könüllü döyüşmək istəyən vətəndaşların sayı isə günbəgün artır

 - Ordu ərzaq, silah və geyimlə yüksək səviyyədə təmin olunsa da, xalqın orduya dəstəyi də davam edir

 - Sosial problemlər, şəxsi mənfəət daha heç kəsə maraqlı deyil, müasir Azərbaycan tarixində ilk dəfədir ki, Xalq-Dövlət, Xalq-Prezident birliyi özünün ən şahraq dövrünü yaşayır

 - Torpaqları işğal altında olan xalqın təhtəlşüuruna yerləşdirilən bir çox psixoloji stereotiplər darmadağın edildi

 - Hazırda Azərbaycan xalqının şüurunda inqilabi proseslər baş verir, xalq bütün cəbhələr üzrə barrikadaları, maneələri dağıtmaq əzmini bərpa edir

Görünən budur ki, müharibədən sonra Azərbaycanda bütün sahələr üzrə münasibətlər sistemi tamamilə dəyişəcək. Vətəndaşın dövlətə, dövlətin vətəndaşa, hətta insanların bir-birilərinə olan münasibətində ciddi dəyişikliklər baş verəcək. Azərbaycan əvvəlki dövlət olmayacaq. İkinci Qarabağ savaşı ölkənin ictimai-siyasi təbəqəsində uzun illər yer almış psixoloji pozuntuları, mənəvi çatları da ortaya çıxartmış oldu. Müxalif cəbhədə yer alan siyasilər içərisində Azərbaycanın qələbəsini həzm edə bilməyən şəxslər öz “milli” kimliklərini bir daha nümayiş etdirdilər, iqtidar düşərgəsində isə bəzi məmurların, hakim partiya funksionerlərinin addımlarının, onların ictimai rəyə təsirinin əslində Prezident İlham Əliyevin addımlarına adkevat olmadığı da öz təsdiqini tapdı. Bu günə qədər bir çox mətləblər xalqa yanlış təlqin olunub. İlham Əliyev həm də bunu sübut etmiş oldu. O, ölkədə hər bir vətəndaşı əsgər kimi psixoloji hazırlıq halına gətirdi.  Hazırda İlham Əliyev ölkədə baş verən hadisələrin fövqündə dayanır, kimin nə danışmasında asılı olmayaraq, dövlət başçısı xalqa müraciətlərində bütün suallara tam çılpaqlığı ilə özü cavab verir.

Prezident İlham Əliyev;

 - Torpaqların heç vaxt işğaldan azad olunmayacacağı ilə insanların təhtəl şüuruna məqsədli şəkildə yerləşdirilən bütün mifləri dağıtdı

 - Prinsipal, iradəli və qətiyyətli addımları ilə uzun illərdir onu tənqid edən rəqiblərini də tarixin arxivinə göndərdi

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündən və ABŞ dövlət katibi Pompeo hər iki dövlətin xarici işlər nazirləri ilə razılıq əldə etdikdən sonra elan olunan humanitar atəşkəsə Ermənistan tərəfi riayət etmir. Atəşkəs elan olunandan bir neçə dəqiqə sonra Ermənistan ərazisindən Azərbaycanın mülkü əhalisi raket hücumlarına məruz qalır. Döyüş bölgəsində məğlub olan Ermənistanın sentyabrın 27-dən hazırkı vaxtadək yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb. Bundan başqa, 398  mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşüb.

Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışları bir daha göstərir ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Azərbaycan isə ermənilərin qeyd-şərtsiz Qarabağdan çıxmasını əsas tələb kimi ortaya qoyub. Biz sülhə hazırıq, bir şərtlə ki, erməni qoşunları torpaqlarımızı dərhal tərk etsin. Lakin Ermənistan öz aqressiyasından əl çəkmək istəmir.

Azərbaycan Türkiyə, Ukrayna, Pakistan və İsarildən ciddi siyasi dəstək aldı. Xüsusilə də, Türkiyənin bu savaşda ortaya qoyduğu ədalətli mövqe dünya siyasi arenasında yeni münasibətlər sisteminin yaranmasına gətirib çıxarır. Heç şübhəsiz ki, dünyada mövcud olan antitürk dairələr Azərbaycana təzyiqlər göstərməsi gözlənilən idi. Lakin bu təzyiqlər heç bir effekt verə bilməz. Əvvəla, ona görə ki, 30 ilə yaxındır ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı yalnız turist səfərləri icra ediblər və ortada nəticə olmayıb. İkincisi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun şəkildə işğalçıları təmizləyir. Üçüncüsü, regional gücə və dünya üçün mühüm coğrafiyaya çevrilən Azərbaycan artıq situasiya yaradan dövlətə çevrilib.

Prezidentin xalq müraciətindən SİTAT: “Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz”.

Bu savaş zamanı Azərbaycan dünyada daha bir üstünlüyü ilə diqqət çəkdi. Dünyada mövcud olan hərbi texnologiya və taktikaların gərəksizliyi isbatlanmış oldu. Azərbaycanın hərbi imkanları digər dövlətləri də öz hərbi potensiallarına yenidən baxış keçirməyə məcbur etdi.

Sentyabrın 27-dən bu günə qədər Ermənistanın;

252 tankı məhv edilib, 53 tank qənimət kimi götürülüb. Piyadaların döyüş maşını - 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb. Müxtəlif çaplı toplar - 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb. Minaatan - 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb. Tank əleyhinə vasitələrdən 53-ü, 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib. Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 ədəd “KUB”, 1 ədəd ”KRUQ”, 2 ədəd “S-125” qurğusu məhv edilib. 6 ədəd “S-300” atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator məhv edilib. İki ədəd “Elbrus”, 1 ədəd “Toçka-U” əməliyyat taktiki raket kompleksi məhv edilib. 231 yük avtomobili, onlardan 20-si sursatı ilə birgə məhv edilib. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb.

MÜHÜM MƏQAM: Prezident İlham Əliyev xalqa sonuncu müraciətində yoxsul Ermənistanın silahlandırılması məsələsindən danışdı. O, Azərbaycaın bu barədə faktlara və sübutlara malik olduğunu da bildirdi. Ermənistan tamamilə məğlub vəziyyətdədir.

Şübhəsiz ki, Ermənistanın pulsuz silahla təmin olunması ciddi məsələdir və görünən budur ki, artıq imperialist qüvvələr müharibənin bitməsində, sülhün bərpasında hələki maraqlı deyillər. Ermənistana bu şəkildə verilən “qaz” ümumi nəticəyə yox, prosesə hesablanıb. Yoxsul Ermənistanın silahlandırılmasının bir neçə səbəbləri var:

Birincisi, məğlub tərəfi silahlandırmaqla qüvvələr balansını dəyişmək. Bu isə tam mümkünsüzdür, Ermənistan işğaldan azad edilən torpaqları geri ala biləcək gücdə deyil və bundan sonra ən çevik silahlandırma belə bu amili mümkün edə bilməz.

İkincisi, Azərbaycanın digər hərbi potensialını öyrənmək. Müharibənin miqyasının genişləndirilməsinə cəhd və mülki əhalinin hədəfə alınması həm də buna hesablanmışdı.

Prezident İlham Əliyev İtaliyanın “Rai-1” telekanalına müsahibəsində Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından Ermənistan ordusuna silah-sursat verildiyini açıqladı.

Görünən budur ki, müharibə hələ bir müddət davam edəcək, Ermənistanı silahlandırmaqla yeni “silah bazarı” açan dövlətlər yəqin ki bu amili bilməmiş deyildir: Azərbaycan regionda yeni reallıqlar yaradıb. 

Samir FEYRUZOV 

 

 

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları