İmpulsiv Ceyhun Həsənov getdi, Mirsaleh Seyidovdan gözləntilər...

24 iyul, 2023 12:26

İyulun 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Həsənov Ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edildi. Bu vəzifəyə onun yerinə Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi, ədliyyə polkovniki Mirsaleh Seyidov təyinat aldı.

C.Həsənovun Penitensiar Xidmətin rəisi vəzifəsindən kənarlaşdırılması hər nə qədər pozitiv hadisə olsa da, M.Seyidovun onun yerinə təyinat alması da bir o qədər düşündürücüdür. İnanmaq istəyirik ki, M.Seyidov Penitensiar sistemi “cinayətlərin tuğyan elədiyi ada” statusundan çıxarmaq üçün ciddi iradə nümayiş etdirəcək. Düzdür, M.Seyidov C.Həsənovun varisi adlandırılır, çünki keçmiş rəisin bütün əmrlərinin əsas icraçı ruporunun məhz M.Seyidov olduğu bildirilirdi. Hətta C.Həsənov 2016-cı ildə Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat alandan bir neçə ay sonra M.Seyidov da Əməliyyat-Rejim İdarəsininin rəisi postuna irəli çəkilmişdi.

Amma bununla belə, M.Seyidovun şəxsi keyfiyyətləri və təcrübəsi Penitensiar sistemdə sağlamlaşdırma prosesinin aparılacağına və qurumun qanqrena vermiş xəstəliklərdən xilas olacağına müəyyən ümidlər yaradır. 14 gün öncə vəzifəyə təyinat alan M.Seyidovun müsbət addımlarının şahidi oluruq. Məsələn, o, bu qısa müddət ərzində məhkumlarla görüşə gələn onların qohumlarından yığılan rüşvəti ortadan qaldırıb.

Xüsusilə qeyd etmək istəyirik ki, Azsiyaset.com saytının redaksiyası Prezident İ.Əliyevin irəli sürdüyü mühüm inkişaf tezislərini əlində əsas tutaraq, bir çox sahələrdə, eləcə də, Penitensiar Xidmətdə uzun illərdir kök atan qanunsuzluqlar və özbaşınalıqlar barədə əhəmiyyətli sayda analitik məqalələr, məlumatlar dərc edib. Bu məqalələrdə C.Həsənovun yaratdığı sərhədsiz özbaşınalıqlardan çox bəhs olunub. Məhz buna görə redaksiyamız dəfələrlə müxtəlif təzyiq və təqiblərə də məruz qalıb. Biz, yenə də ədalətli mövqeyimizdə qalacağıq, Ölkə rəhbərliyinin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı fikirlərini və media-peşə qanunlarını əsas tutaraq, bundan sonra da Penitensiar sistemin fəaliyyətini izləyəcək və ehtiyac olacağı təqdirdə öz qərəzsiz mövqeyimizi dərc edəcəyik.

Azərbaycan olduqca məsuliyyətli bir mərhələyə qədəm qoyub. Ermənistanla aparılan sülh danışıqları, Zəngəzur dəhlizinin açılmasının perspektivləri, Qərb üçün ciddi gücə və böyük resurslara sahib olan alternativ ölkəyə çevrilməyimiz, xarici və daxili düşmənlərlə aparılan mübarizə dövlətimizin qarşısında fərqli prioritetlər açmaqdadır. Bu baxımdan, bütün sahələrdə, eləcə də, Penitensiar sistemdə təmizlənmə işlərinin aparılması, orada həqiqi islahatların gerçəkləşməsi, məhkumların hüquqlarının bərpası, rüşvət-korrupsiyanın sonlandırılması və məhbusların həqiqi islah olunma prosesinin tətbiq olunması mütləq şəkildə təmin edilməlidir. Bu, xalqın, dövlətin bu günkü və gələcək taleyi, strateji addımlarımız üçün həyati əhəmiyyətlidir.

Hesab edirik ki, M.Seyidov peşəkar kadr kimi bütün bu məsələləri nəzərə almalıdır. O, Penitensiar Xidməti metastaz vermiş ağır xərçəng şişindən xilas edə bilər. Çünki bu quruma, oradakı problemlərin incəliyinə qədər onun qədər bələd olan ikinci bir şəxs yoxdur. Yeni və yüksək vəzifəyə təinat onun məsuliyyətini daha da artırıb. Əsas odur ki, o, özü daşıdığı vəzifənin məsuliyyətini və həyata keçirəcəyi sağlamlaşdırma işlərinin fəlsəfəsini dərindən qəbul etsin. Gözləyək, görək...

M.Seyidova uğurlar diləyirik…

Müəllif: Samir Feyruzov

Azsiyaset.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR