"Ermənistanla Azərbaycan Qərblə Rusiya arasında qalıb"

25 iyul, 2023 15:32

İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, onlar Qarabağ ətrafındakı vəziyyətin de-eskalasiyası, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin (9 noyabr 2020, 11 , 26 noyabr 2021 və 31 oktyabr 2022-ci il tarixli) üçtərəfli razılaşmalarının icrasının intensivləşdirilməsi yollarını müzakirə edəcəklər.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Bundan 10 gün öncə, iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə növbəti üçtərəfli görüşü olmuşdu. Ondan az öncə isə Rusiya Azərbaycan və Etmənistan xarici işlər nazirlərini Moskvaya dəvət etmişdi. Onda bəzi yerli ekspertlər bunu Bakı və Yerevana təzyiq cəhdi kimi dəyərləndirmişdilər.

Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parkamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Müsabəyov Turana bildirib ki, istənilən danışıqları pozitiv dəyərləndirmək lazımdır: “Nə vaxta qədər ki, razılaşma əldə olunmayıb, danışıqlar getməlidir. Diplomatların işi ondan ibarətdir ki, axıra kimi danışıqlar yolu ilə hansısa bir nəticəyə nail olsunlar”.

Bununla belə deputat Moskva görüşünün hansısa nəticə verəcəyini düşünmədiyini qeyd edib: “Ancaq hər bir halda müəyyən mənada hansısa irəliləyiş əldə olunsa, bunu alqışlamaq lazımdır. Bu məsələyə elə yanaşmaq lazım deyil ki, Moskvadırsa orada nəticə əldə olunmayacaq”.

Rusiyanın hər iki tərəfə təzyiq etmək niyyəti ilə bağlı fikirə gəldikdə isə R.Müsabəyov deyib ki, bu mümkün deyil: “Rusiya indi özü elə vəziyyətdədir ki, nəyinki Azərbaycana, heç Ermənistana belə təzyiq etmək iqtidarında deyil”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Qərblə Rusiya arasında kommunikasiya yoxdur və bu həmin məsələdə əsas problemdir: “Beləliklə Ermənistanla Azərbaycan Qərblə Rusiya arasında qalıb. Kommunikasiya olmadığına və maraqların üst-üstə düşmədiyinə görə iki fərqli platforma yaranıb. Moskvaya gələndə orada fərqli şeyləri danışırlar, Vaşinqtona və ya Brüsselə gedəndə isə fərqli şeyləri”.

Politoloqun fikrincə İstər Ermənistan, istərsə də Azərbaycan tərəfi bu iki platforma arasında oynamağa çalışır: "Çünki Qərb və Rusiya platformaların arasında qalıblar və öz maraqlarına uyğun davranırlar”.

Ekspertin sözlərinə görə, bu vəziyyət Qərbin və ya Rusiyanın qalib gəlməsinə qədər davam edəcək: “Rusiya Ukraynada məğlub olub, Cənubi Qafqazdan getməyə məcbur olacaqsa, Paşinyan da İlham Əliyev də təbii ki, Brüssel və Vaşinqton platformasına sarılacaqlar. Rusiya qalib gələcəksə təbii ki, daha çox Rusiyaya sarılmağa məcbur olacaqlar”(Turan.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR