Ermənilər saxtakarlığa əl atır - Britaniyadan TIR şousuna reaksiya

27 iyul, 2023 13:29

Ermənistan tərəfi 400 ton "humanitar yardım"ın Qarabağa çatdırılmasına qərar verib və dünən yüklənmiş TIR-lar Laçın istiqamətində yola düşüb. Təbii ki, həmin yük karvanı Azərbaycan ərazisinə buraxılmayıb. Ermənistan tərəfi nəqliyyat vasitələrini sərhədlərimizə cəmləməklə siyasi manipulyasiyaya cəhd edir və bununla Laçın istiqamətində vəziyyəti gərginləşdirməyə çalışır. 

Azərbaycanın rəsmi qurumları dəfələrlə bəyan ediblər ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Amma Ermənistan tərəfi bununla razılaşmayaraq, avtomobil karvanını sərhəd yaxınlığında saxlamağa davam edir.

Məşhur britaniyalı politoloq Neil Uatson modern.az-a açıqlamasında bildirib ki, ermənilər bilərəkdən və çarəsiz şəkildə vəziyyəti siyasiləşdirməyə çalışırlar:

“Fakt budur ki, onlar Laçın yolundan istifadə etməkdən əl çəkmək istəmirlər. Çünki bu yol onları Qarabağdakı tanınmamış və qanunsuz erməni rejiminin son qalıqları ilə birbaşa əlaqələndirir".

Politoloqun sözlərinə görə, təxribatçılar Laçın yolundan istifadə ilə bağlı öz mövqelərinə dəstək qazanmaq üçün təkzib edilmiş blokada haqda saxtakarlığı qəbul edən bir çox Avropa İttifaqı üzvlərinin ermənipərəst mövqeyindən istifadə edirlər.

"Onu da əlavə edərdim ki, bütün bunlar sülh müqaviləsinin imzalanmasını gecikdirmək, sülhün əleyhinə olan erməniləri, erməni diasporunu və Ermənistanın iki ən böyük dəstəkçisi olan Rusiya və İranı qıcıqlandırmaq təsiri bağışlayır”, - deyə Neil Uatson qeyd edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR