Sülh formuluna dair növbəti görüş harada keçiriləcək? - "The Wall Street Journal" nəşri

31 iyul, 2023 14:06

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak avqustda Səudiyyə Ərəbistanında, Ciddə şəhərində Ukraynanın sülh yolu ilə nizamlanması üzrə beynəlxalq danışıqların aparılacağını və Rusiyanın bu danışıqlarda iştirak etməyəcəyini təsdiqləyib.

Ciddə görüşünə hazırlıq ərəfəsində bir sıra KİV yazıb, ilk məlumatı “The Wall Street Journal” dərc edib.

Yermak qarşıdan gələn danışıqları keçən ay Danimarkada baş tutan məsləhətləşmələrlə əlaqələndirib. Prezident Aparatı rəhbərinin sözlərinə görə, söhbət Ukraynanın ötən ilin sonunda təklif etdiyi sülh formulunun həyata keçirilməsinin mümkünlüyü ilə bağlı Kiyevin bir sıra ölkələrlə apardığı məsləhətləşmələrinin ikinci mərhələsindən gedir.

Yermakın sözlərinə görə, birinci mərhələdə Ukraynada akkreditə olunmuş səfirlərlə görüşlər olub. İkinci mərhələ milli təhlükəsizlik müşavirlərinin görüşləridir.

"Biz ilk belə görüşü danimarkalı həmkarlarla birgə təşkil etdik. Bu, iyun ayında Kopenhagendə baş tutdu. Növbəti görüş tezliklə baş tutacaq, ona Səudiyyənin paytaxt şəhəri ev sahibliyi edəcək", - Yermak bildirib.

Üçüncü mərhələ Ukraynanın “sülh formulu”nu dəstəkləyən dövlət başçılarının sammiti olmalıdır.

Ciddə toplantısının avqustun 5-6-da keçiriləcəyi bildirilib və görüşə 30-a yaxın ölkədən, o cümlədən Asiya, Afrika və Latın Amerikasının neytral ölkələri, o cümlədən İndoneziya, Braziliya və ola bilsin ki, Çindən nümayəndələr dəvət olunub.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Danimarkadakı görüşü şərh edərkən Qərb ölkələrinin digər dövlətlərə onları Ukraynanı dəstəkləməyə inandırmaq üçün təzyiq göstərdiyini, lakin məqsədlərinə çatmadığını iddia etmişdi. Rəsmi olaraq görüşün yekunlarına dair heç bir sənəd dərc olunmayıb.

Sülh formulu prezident Vladimir Zelenskinin təklif etdiyi 10 bəndlik sülh planıdır. Orada xüsusi ilə qeyd olunur ki, istənilən danışıqlar yalnız ilhaq edilmiş Krım da daxil olmaqla, Rusiyanın işğal etdiyi bütün ərazilər qaytarıldıqdan və rus qoşunları işğal etdikləri bütün rayonlardan çıxarıldıqdan sonra başlaya bilər.

Yermak həmçinin bazar günü bildirib ki, Ukrayna gələn həftə təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ ilə danışıqlara başlayacaq. Onun sözlərinə görə, bu zəmanətlər Ukrayna NATO-ya üzv olana qədər qüvvədə olacaq.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR