Rusiya KTMT missiyasının Ermənistana göndərilməsində israr edir - İrəvanın cavabı nə olacaq?

02 avqust, 2023 18:11

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın sərhədyanı rayonlarında müşahidə missiyasının yerləşdirilməsi təklifi üzərində işi bərpa etməyə hazırdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan RİA Novosti-yə müsahibəsində deyib. O, belə bir şeyə əmin olduğunu bildirib ki, bu qərarın verilməsi regiondakı vəziyyətə müsbət təsir edəcək.

“Biz hələ də İrəvanın müsbət cavabını gözləyirik və Ermənistanın sərhədyanı rayonlarında KTMT-nin müşahidə missiyasının yerləşdirilməsi təklifi, habelə müttəfiqimizə kömək məqsədilə digər birgə tədbirlərlə bağlı əsaslı işi bərpa etməyə hazırıq. Müvafiq qərarların qəbulu regionun ümumi vəziyyətinə müsbət təsir göstərəcək. Bir daha vurğulayıram ki, biz belə quruculuq işlərinə hazırıq”, - deyə rəsmi bildirib.

Ermənistan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsinin təşkilindən narazılığını bildirib. İrəvan KTMT-dən Azərbaycanın 2022-ci ilin sentyabrında Ermənistan ərazilərinə nəzarəti ələ keçirməsini pisləməyi tələb edib. KTMT bu tələbi yerinə yetirməyib. Bu gərginlikdən sonra Ermənistan əvvəlcə KTMT-nin öz ərazisindəki təlimlərini ləğv edib, daha sonra qurumdakı baş katibin müavini kvotasından imtina edib.

KTMT bir neçə dəfə bəyan edib ki, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqlarından çıxış edərək, Ermənistan-Azərbaycan sərhədinə hər zaman missiya göndərməyə hazırdır. Aprelin ortalarında rəsmi Moskva bir daha bəyan etdi ki, KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi vaxtı İrəvandan asılıdır, top İrəvanın tərəfindədir.

İrəvan Moskvaya xarici işlər naziri səviyyəsində cavab verib, bildirib ki, Ermənistan sərhədində KTMT missiyasından imtina məsələsinin qaldırılması düzgün deyil, çünki Ermənistan missiyadan əl çəkməyib, layihə mövcuddur və bu istiqamətdə iş davam edir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR