Qarabağdakı silahlı "VOMA"dan təhdid - Laçın yolu müharibə ilə açılacaq

05 avqust, 2023 12:35

“Biz ən yüksək instansiyalarda Qarabağın təhlükəsizliyinin təminatçısı olmaqdan imtina etmişik. Ordunun kiçik bir hissəsi olan müdafiə sistemimizdə ciddi islahatlar aparmırıq”. Musavat.com bildirir ki, bunu “VOMA” terrorçu hərbi-siyasi təşkilatın rəhbəri, kəşfiyyatçı Vova Vartanov NEWS.am-a müsahibəsində deyib.

O bildirib ki, üç il kifayət qədər uzun müddətdir. “Biz lazımi dəyişiklikləri etsəydik, hətta iki ildən sonra elə nəticələr əldə edərdik ki, dünyada hamı təəccüblənərdi. Sülh müharibəyə hazırlaşmaq üçün verilir. Müharibə olsa da, olmasa da, biz müharibəyə hazırlaşmalıyıq”.

Vartanov onu da deyib ki, Laçın dəhlizinin açılması məsələsini ancaq hərbi yolla həll etmək olar. “Amma bizim hücuma ehtiyacımız yoxdur. Müharibəyə yaxşı hazırlaşsanız, düşmən bunu qiymətləndirəcək və toqquşmadan, o cümlədən 10 noyabr bəyanatının müddəalarına əməl etməyə məcbur edilmədən güzəştə gedə bilər”.

Qeyd edək ki, bu gün bir sıra humanitar təşkilatların nümayəndələri bu gün Kornidzor kəndinin Laçın dəhlizinin girişində humanitar yardım daşıyan yük maşınlarının yerləşdiyi əraziyə baş çəkiblər.

Seperatçılar bu günü özləri üçün həlledici adlandırırlar. “Hraparak” qəzetində yayımlanan məqalədə bildirilir. Söhbət separatçıların avqustun 5-nə planlaşdırdıqları “aksiya”sından gedir. Belə ki, separatçılar dinc yürüş adı altında “Laçın” sərhəd buraxılış məntəqəsinə hücum planlaşdırırlar.

Sözügedən təxribatın təşkilatçısı Artur Osipov, dəstəkçisi isə separatçı Samvel Babayandır. Samvel Babayanın Araik Arutyunyanla yaxşı münasibətləri olduğuna diqqət çəkilir. Qeyd edək ki, ermənilər sabahkı “aksiya” ilə yeni təxribat törədərək bölgədə gərginlik yaratmaq və bununla da dünya ictimaiyyətinin nəzərində məzlum obrazı formalaşdırmaq niyyəti güdürlər. Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndi və ətrafında yaşayan erməniləri Azərbaycana inteqrasiyaya təşviq edir. Ermənistanın “Joqovurd” qəzeti yazır.

“Samvel Babayan Nikol Paşinyanın Qarabağ erməniləri arasındakı ruporuna çevrilib. Artıq uzun müddətdir Paşinyan öz təbliğat tezislərini irəli sürür, Qarabağ ermənilərini Ağdam yolundan istifadə etməyin, yüklərin həmin yolla daşınmasının, üstəlik, Azərbaycanla dialoq aparmağın lazım olduğuna inandırmağa çalışır. O, bunları onunla əsaslandırır ki, yalnız bu üsulla yekun sülh yolu bərqərar olacaq”, - məlumatda deyilir. Nəşrin iddiasına görə, Paşinyanın Xankəndidəki adamı - Samvel Babayan vasitəsilə Qarabağ ermənilərini Azərbaycana inteqrasiyaya təşviq etməyə çalışır. Samvel Babayan separatçı rejimin “təhlükəsizlik şurasının keçmiş katibi”dir.(musavat.com). 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI