Ermənistanda Azərbaycan mətbəxi təqdim olunacaq - İranın əli ilə

09 avqust, 2023 12:16

Avqustun 10-da Ermənistanın Sünik (Zəngəzur) inzibati vilayətinin Sisian şəhərində “Navasard” erməni-İran mədəniyyət və qastronomiya festivalı keçiriləcək.

Azsiyaset.az publika.az-a istiandla xəbər verir ki, bu barədə Ermənistan Turizm Federasiyasının prezidenti Mexak Apresyan məlumat verib. O, festivalın zəngin proqramı olduğunu bəyan edib.

“Bu, unikal regional turizm məhsuludur. Dəyişən dünya turizm bazarında turist axınını bizə istiqamətləndirən mühüm amildir. Bu tədbir mədəni irsin təbliği, mətbəxin təqdimatı və Ermənistan-İran dostluğunun nəticəsi baxımından çox önəmlidir”, - Apresyan deyib.

Sünik Turizm Komitəsinin sədri Sisian Boqosyan bəyan edib ki, İran, turistləri cəlb etmək üçün hədəf bazarlardan biridir:

“İran bizim üçün vacib bazardır, belə festivallar Ermənistanda daha maraqlı atmosfer yaratmağa və İrandan daha çox turist cəlb etməyə kömək edir. Keçən il festival üçün kifayət qədər uğurlu oldu, ziyarətçilərin sayı kifayət qədər çox idi. Bu il də eyni və daha böyük hadisəni gözləyirik. Mən İranda doğulmuşam və İran mətbəxini yaxşı tanıyıram, çox dadlı yeməkləri var. Ona görə də sizə Sisian şəhərinə baş çəkməyi və onu şəxsən sınamağı təklif edirəm”.

Festival İran mətbəxinin ləziz təamlarından əskik olmayacaq. İranın Ermənistandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Məhəmməd Əli Kian müxtəlif qastronomik və mədəni tədbirlər təşkil ediləcəyini və mütləq “qormesabzi” (göyərti, lobya, ət) və “fesenjun” (toyuq, qoz və nar pastası) yeməklərini təklif edib: “Festival üçün bizə 20 stend ayrılmışdı. Keyfiyyətli iştirakın təmin edilməsi üçün hər şeyi etdik. Biz yerli insanlara burada İran mətbəxinin də bazarının olduğunu göstərməyə çalışırıq”.

O həmçinin bildirib ki, belə bir festivalın İranda da keçirilməsi niyyətindədir və hazırda məkan və vaxt məsələsi müzakirə olunur.

Xatırladaq ki, burda İran mətbəxi kimi təqdim olunan “qormesabzi” və “fesenjun” sırf Azərbaycan mətbəxi hadisəsidir. Sözlərin etimologiyası da bunu təsdiqləyir- qormesabzi- səbzi qovurma sözünün (qovrurma sırf türk-Azərbaycan sözdür), “fesenjun” isə talış dilindən alınma “fisincan” sözünün təhrif olunmuş formasıdır. Mətbəxə aid vəsaitlərdə bu təamın Şimali İranda yarandığı göstərilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR