Məmurlar istənilən həcmdə vəsaiti ölkədən çıxarmağın yollarını yaxşı bilirlər

11 avqust, 2023 11:02

"Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdlaşdıra bilməz. Bu ölkə hüdudlarından kənarda kartlardan vəsaitin nağdlaşdırması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. 

Digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq həddlər ilə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq".

Bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, yeni qaydalar, guya, "çirkli pullar", korrupsiya ilə mübarizəyə görə edilir - amma, məmurlar, onlara bağlı iş adamları istənilən həcmdə vəsaiti ölkədən çıxarmağın yollarını yaxşı bilirlər, bu addımlar onlara təsir etməyəcək:

"Adi vətəndaşlar üçün isə problemlər yarana bilər - məsələn, kimsə özünə 21 min dollar və daha baha maşın almaq, dəyərini ödəmək üçün nə etsin?! Və ya, kimsə Bakıda evini satır, Türkiyədən ev almaq istəyir, dövlət nə haqla ona deyir ki, yox, sən ayda 20 min dollardan artıq pul köçürə bilməzsən - axı pul vətəndaşındır, özəl mülkiyyətini satıb özünə ev-obyekt almaq istəyir, o zaman dövlət niyə buna mane olur ki?! Bütün bu mənasız məhdudiyyətlər ləğv edilməlidir, yeganə meyar illik gəlir deklorasiyası olmalıdır, leqal pulun varsa nə qədər istəsən, hara istəsən köçürə bilərsən. Amma bunu etmirlər, edə bilmirlər, o zaman prezidentdən tutmuş, nazirlər, məmurlarlar, rəislər, icrabaşılar, minlərlə dövlət-hökumət işçiləri öz gəlirlərinə uyğun olmayan həyat tərzlərini necə izah edəcəklər?! Ona görə də gəlir deklorasiyası haqqında qaydaları 25 ildir ki, təsdiq etmirlər, əvəzinə əcaib məhdudiyyətlər tətbiq edirlər, bu qadağalar isə, tam tərsi, qeyri-leqal, "qara" pul köçürmələrinin həcmini artıran, korrupsiyanı təşviq edən amilə çevrilir - bundan başqa vətəndaşın konstitusiya ilə təsbit olunan özəl mülkiyyət və ona sərəncam vermə hüququnu pozur".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR