"Ermənistandakı şouların məqsədi Paşinyanı devirməkdir" - İşxan Verdyan

14 avqust, 2023 15:30

“Mənim fikrimcə, hazırda Ermənistanda baş nazir Paşinyanı devirmək məqsədilə əhaliyə qarşı genişmiqyaslı psixoloji təxribat aparılır”. 

Bu fikirləri tanınmış erməni fəal, bloqer İşxan Verdyan deyib. 

Laçın sərhəd-keçid məntəqəsi yaxınlığında Ermənistanın yaratdığı humanitar şouya münasibət bildirən Verdyan, əsas məqsədin erməni sakinlər arasında çaşqınlıq yaradılmasına yönəldiyini bildirib.

“Cəmiyyət maksimum dərəcədə sabitliyi pozur və yönünü itirir. Bunun nəticəsində insanlar ətrafdakı hadisələri düzgün qiymətləndirmək və düzgün seçim etmək imkanından məhrum olurlar. Bu gün şahidi olduğumuz bütün dəliliklər daxili auditoriyaya yönəlib. Demək olar ki, bu çılğınlığın təşkilatçıları özləri də yaxşı bilirlər ki, bəyan etdikləri şüarlar tamamilə cəfəngiyyatdır və Azərbaycana hansısa yolla təsir göstərə bilməyəcəklər”, - deyə Verdyan qeyd edib. 

Məqsədlərinin Aərbaycana qarşı və ya hüquqlarının qorumaq olmadığını deyən erməni bloger əsas hədəfin revanşistlər tərəfindən Paşinyanın devrilməsi olduğunu qeyd edib:

“Onlar Azərbaycanı geri çəkilməyə məcbur edə bilməyəcəklər. Amma bu onlara lazım deyil, məqsədləri tamam başqadır, Ermənistanın daxilində xaos yaratmağa çalışırlar ki, bu gün Nikol Paşinyanı dəstəkləyənlər sabah onu devirsinlər. Əks təqdirdə elə mənzərə formalaşdırmağa çalışırlar ki, düşmənləri belə Paşinyanı devirsə, xalq sakitcə izləsin, müdaxilə etməsin”, - deyə Verdyan əlavə edib(bizim.media).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR