Dövlət 7,7 milyon manatlıq əlil arabası alıb, lakin məlumatı açılmır

15 avqust, 2023 15:51

Avqustun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi “ZN Trade” şirkəti ilə 365 gün müddətində daxili və xarici istifadə üçün mexaniki və sanitar əlil arabalarının alınmasına dair müqavilə imzalayıb.

Dövlət satınalmalarının vahid elekton portalının məlumatına görə, müqavilənin dəyəri 7 milyon 762,8 min manat və ya 4 milyon 576 min dollardır. Eyni zamanda, qanunvericiliyə zidd olaraq portalda alınan malların miqdarı və xüsusiyyətləri barədə məlumat yoxdur.

Maraqlıdır ki, ötən ilin sentyabrında təsis edilən “ZN Trade” MMC (VÖEN: 2007592551) bir neçə gün sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun 1795 ədəd əlil arabasının-təkərli arabaların (mexaniki və elektriklə) alınması üzrə tenderinin qalibi olub.

Həmin müqavilənin dəyəri 3 milyon 758,8 min manat (2 milyon 211 min dollar) olub. Sifariş 1 mart 2023-cü il tarixinədək yerinə yerinə yetirilməli idi. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycana ümumi dəyəri 1 milyon 590,6 min dollar olan 3 671 ədəd motor mexanizmi ilə təmin olunmayan əlil arabası və 889,5 min dollar dəyərində 1 537 ədəd digər əlil arabaları gətirilib.

Həmin mənbənin məlumatına əsasən, bu ilin birinci yarısında müvafiq olaraq 1291 (ümumi bəyan edilmiş dəyəri 222 180 dollar) və 109 (16 260 dollar) əlil arabası idxal edilib.

Qeyd edək ki, “ZN Trade” MMC barədə yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturları olmaqla, 9 dövlət satınalmasında qalib olmasından başqa heç bir açıq məlumat yoxdur.

Şirkətin qanuni nümayəndəsi 1985-ci il təvəllüdlü Nüsrəddin Yolçu oğlu Kərimovdur.

“ZN Trade” şirkəti Bakıdakı mənzillərdən birində qeydiyyatdadır, onun atası və üç böyük qardaşı da (Kərim, Murad və Müzəffər) burada qeydiyyatdadır.(tura.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR