Təhlükəsizlik Şurasının iclasında Laçın yolunda vəziyyətin müzakirəsi tamamilə nəticəsiz qaldı

17 avqust, 2023 13:42

Ağdamdan Xankəndiyə gedən yolla yanaşı Laçın yolu da humanitar yardım üçün açılmalı, Ermənistan və Azərbaycan münasibətləri normallaşdırmalıdır.

Bunlar Ondan çox ölkənin və bəzi beynəlxalq təşkilatların nümayəndələrinin çıxışlarının əsas tezisləri belədir. Heç bir bəyanat, üstəlik qətnamə qəbul olunmayıb.

Çıxış edənlərin əksəriyyəti humanitar yardım məsələlərini siyasiləşdirməməyə, dövlət sərhədinin delimitasiyası və demarkasiyasını həyata keçirməyə, ərazilərin minalardan təmizlənməsinə çağırıb ki, bu da gərginliyi azaldacaq və münasibətlərin normallaşmasına xidmət edəcək.

Rusiyanın nümayəndəsi gərginliyin azaldılması ilə bağlı oz hökumətinin kompromis təklifinə işarə edib. Bu Ağdam və Laçın vasitəsilə dəhlizlərin paralel açılmasını nəzərdə tutur.

Türkiyə nümayəndəsi deyib ki, Azərbaycan çoxdan bildirir ki, Laçın dəhlizindən Qarabağa silah və minaların daşınması üçün istifadə olunub. Azərbaycan öz ərazisində təhlükəsizlik tədbirləri görüb və humanitar məsələlərə riayət edərək, Laçın yolu ilə tibbi evakuasiyaya  şərait yaradır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya sülhməramlılarını və Təhlükəsizlik Şurasını Laçın yoluyla nəqliyyatın və adamların hərəkətinin dərhal açılması üçün addımlar atmağa çağırıb.

Öz növbəsində, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Yaşar Əliyev bu iddiaları rədd edərək Ermənistanı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmaq cəhdində ittiham edib.

O, Ermənistanın Laçındakı sərhəd məntəqəsinin qanunsuz sayılması tələbini təmin etməyən Beynəlxalq Məhkəmənin qərarını xatırladıb. O həmçinin xatırladıb ki, eyni vaxtda Laçın və Ağdamdan Qarabağa nəqliyyatın açılması barədə son razılaşmanı məhz Ermənistan pozub.

Ən ermənipərəst, birtərəfli qiymətləndirmələr və bəyanatlar Fransa və Avropa İttifaqının nümayəndələri  Natali Brodurst və Silvio Gonzatonun çıxışlarında səslənib.

Azərbaycan Xarici İşlər Nazirliyi  Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iclasını hələlik qiymətləndirməyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR