Azərbaycanda kriptovalyuta bazarı niyə formalaşmır? - Ekspert səbəblərini açıqladı

17 avqust, 2023 13:46

“Azərbaycanda kriptovalyuta bazarının formalaşması üçün lazım olan ümumi sistemin idarə olunması ilə bağlı qanunvericilik bazası hələ də yoxdur. 2011-ci ildə Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə işlərə başladığını bəyan etsə də, hələ bir nəticəsi yoxdur. Buna görə də insanlarımızın çoxu gizli yatırım edirlər və istədikləri əməliyyatı izləmək üçün bank sektorundan gizlin olan və heç kimin bilmədiyi istiqamətdə  müəyyən məlumatları əldə edir və ona əsasən addımlar atırlar”.

Bu sözləri Bizim.Media saytına açıqlayan bank və kriptovalyuta üzrə mütəxəssis Afiq Ağaquliyev qeyd etdi ki, ancaq Avropa ölkələrində belə deyil, çünki orada insanlar daha sərbəst və müstəqildirlər: 

“Kripto bazarı ilə bağlı daha geniş məlumatlara malikdirlər və yatırımlarına istədikləri vaxtda daxil olaraq müəyyən əməliyyatları icra edə bilirlər”.

Ekspertin sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, ölkəmizdə çoxları “bitkoin” barəsində məlumatlıdır:

“Düzdür, hazırda bu valyuta ölkəmizdə özünə elə də ciddi yer tutmayıb. Ancaq yaxın vaxtlarda Azərbaycanda da kriptovalyuta bazarının genişlənəcək və dövlətimiz dünyanın aparıcı ölkələri ilə müqayisədə bir addım önə çıxacaq. Artıq ölkəmizdə bəzi siyasətçilər, iqtisadçılar, hətta iş adamları və biznesmenlər bu valyutalara maraq göstərməyə və öz gəlirlərini müəyyənləşdirməyə başlayıblar”.

Onun dediyinə görə, artıq yeni nəsil bu sahədə müəyyən məlumatlar əldə edib və müəyyən işlər aparır: 

“Ancaq geniş auditoriyaları olmadığı üçün yeni düşüncə tərzi, fikir, layihə ortaya qoya bilmir. Ona görə də bir işi hansı istiqamətdə həyata keçirəcəklərini, hansı sahəni seçərək yatırım edəcəklərini və digər insanlara gördükləri işləri göstərəcəklərini bilmirlər. Buna görə də insanlar arasında çaşqınlıq var. Əllərində elektron və rəqəmsal sahələrə, eləcə də kripto bazarına yatıracaq pulları olsa da çəkinirlər. Onlarda daha çox Avropa və ya digər ölkələrdən olan tanınmış şəxslərin fikirlərinə əsasən yatırım etməyə cəhd edirlər”.

Bu gün ölkədə baş verən inflyasiya və bahalaşma kimi bəzi proseslərin iqtisadiyyatın geriləməsinə səbəb olduğunu söyləyən A.Ağaquliyev, bununla belə, Azərbaycan dünya iqtisadiyyatında mühüm rola malik olduğu qeyd etdi:

“II Qarabağ müharibəsindən sonra ölkədə baş verən proseslər zəminində milli valyutamızın dəyəri dəyişmədi və iqtisadiyyatımızda heç bir çətinlik yaranmadı. Bu da onunla bağlıdır ki, Azərbaycan təkcə ənənəvi iqtisadiyyatda deyil, həm də elektron birjalarda da əsas paya malikdir və bütün proseslərə nəzarət edə bilir”. 

Hazır birjalarda kriptovalyutaların dəyərinin yüksəldiyini söyləyən ekspert əlavə etdi ki, bu, özünü əsasən də gündəmdə olan elektron pullarda göstərir:

“Onların dünya üzrə ümumi sayı 10 mindən çoxdur. Amma insanlar daha çox ilk yüzlüyə (Top-100) düşmüş kriptolara üstünlük verirlər. Elələri var ki, sayı 1 milyarddan çox, dəyəri də 1 dollardan da aşağıdır. Bəzilərin sayı 20 milyarddan çox, dəyəri 5 dollardan bir qədər yüksəkdir. Amma “Bitkoin”in ümumi həcmi 2,1 milyon ədəddir, amma dəyəri 25-30 min dollar arasında dəyişir.

Bunun səbəbi odur ki, insanlar dövlət və ya özəl banklara deyil, daha çox imzası və izlənmə metodologiyası olan blokceynlərə üstünlük verirlər. Belə ki, əgər bir şəxsin hansısa bankda bir hesabı varsa və 100 min dollara qədər depozit qoyubsa, ümumi gəliri il ərzində 4-8 faizdirsə, bu, çox azdır. Amma bu vəsaiti hansısa birjada yatırım şəklində qoyarsa, onun gəlirliliyi il ərzində 25-30 faiz arasında olacaq.

Bu baxımdan banklarla birjalar arasında nə qədər böyük fərqin olduğu açıq görmək olur. Birjalarda vəsaitləri idarə etmək, çıxarmaq, yenidən yatırım etmək çox rahatdır.

Düzdür, bankların bəzi birjalara və kirptolara yatırım etsələr də, aktuallığı əldə edə bilmirlər. Bu da onunla bağlıdır ki, burada çalışanlar keçmiş tarixə görə fəaliyyət göstərirlər. Əgər onlara deyilsə ki, belə bir fəaliyyət növləri var və gəlin siz də rahat qazanc əldə edin, bu təklif onlara maraqsız gələcək. Çünki, öz maraq dairələrindən kənara çıxa bilmədiklərindən, bunun əsasında işlərini davam etdirəcəklər“. 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI