FETÖ ilə bağlı gizli məlumatlar ortaya çıxdı - Xüsusi telefonlar, qruplar, mobil oyun üzərindən əlaqə...

21 avqust, 2023 12:40

Terror təşkilatı olan FETÖ-nün deşifrə edilən strukturunda bir sıra maraqlı detallar üzə çıxıb.

Türkiyə mətbuatı xəbər verir ki, FETÖ Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdindən sonra əvvəlki fəaliyyətini davam etdirmək üçün müxtəlif yollara baş vurub.

Terrorla Mübarizə Şöbəsinin istintaq fayllarına əsaslanan hesabatlarına görə, terror təşkilatının hər bir üzvünə Türkiyənin müxtəlif şəhərlərindən xüsusi telefonlar göndərilib. Sözügedən telefonlarda GSM xəttinin və digər lazımi proqramların olduğu, təşkilat üzvləri arasında əlaqənin əsasən “Sıgnal” proqramı vasitəsilə təmin edildiyi məlum olub. “Sıgnal”, “Vıber” və “Telegram” kimi tətbiqlərin isə xaricdəki GSM xətti ilə aktivləşdirildiyi ortaya çıxıb. Qrup üzvlərinə verilən telefonlarda kilid açma şifrəsinin 3 dəfə səhv daxil edildiyi halda özünü sıfırlamaq kimi xüsusiyyətinin olduğu bildirilir. FETÖ üzvlərinə deşifrə olunduqları halda, bu yolla telefondakı məlumatları silmək tapşırılıb.

Təşkilat üzvlərinin etirafları və texniki ekspertiza nəticələri əsasında müəyyən edilib ki, FETÖ-nün hazırkı strukturu 3 şəhərdən - İstanbul, Ankara və İzmirdən idarə olunur. FETÖ-nün hazırkı strukturunun - “Feda” qrupu, “Tələbə Quruluşu”, “Həbsxana Ailələri Quruluşu”, “Maliyyə Quruluşu”, “Qaybubet (Ruh-red.) Quruluşu”, “Serdengeçti” qrupu, “İbn-i Erkam” qrupu və “Baş Yüceler” qrupundan ibarət olduğu bildirilir. Məlumatlara görə, təkcə “Serdengeçti” qrupunun 600 nəfər üzvü var.

 

FETÖ strukturunda bu qrupların bir-birindən üstün olduğu deyilir. Məsələn, “Serdengeçti” qrupunun üstündə “İbn-i Erkam” qrupu, ondan üstdə isə 13 nəfərdən ibarət “Baş Yüceler” qrupu var. Sözügedən 13 nəfərin təşkilatın lideri Fətullah Gülənin yaxın çevrəsindən olan şəxslər olduğu bildirilir.

Hesabatlarda göstərilir ki, “İbn-i Erkam” qrupu FETÖ-nün əsas nöqtəsidir və bu qrup dağılacağı təqdirdə FETÖ-nün çökmə ehtimalı yüksəkdir. Sözügedən qrupun üzvlərinin indiyənə kimi düşifrə edilə bilmədiyi, qrupun güclü maliyyə imkanlarının olduğu, qrup üzvlərinin ən azı 2 dildə danışdığı, beynəlxalq əlaqələrinin və xarici ölkələrə çıxışlarının olduğu, əsasən ticarət fəaliyyəti ilə məşğul olduqları bildirilir.

Bundan əlavə, FETÖ üzvlərinin məşhur mobil oyun LOL (League of Legends) üzərindən söhbət otaqlarına girərək virtual görüşlər təşkil etdiyi də müəyyən edilib.

Həmçinin FETÖ -yə bağlı müəllimlərin təşkilata xüsusilə orta məktəb şagirdlərini cəlb etdiyi qeyd edilir. Son vaxtlar teror təşkilatına cəlb edilən tələbələrin sayında da artım müşahidə olunduğu bildirilib. FETÖ-ya cəlb olunan orta məktəb şagirdlərinin hüquq fakültəsi, eləcə də polis və hərbi məktəblər üzrə hazırlandılqları deyilir(azpolitika.info).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR