Ruslar niyə Qarabağı tərk edir? - "Ola bilsin ki, müharibə başlasın"

22 avqust, 2023 14:59

“Qarabağ ətrafında proseslər son vaxtlar çox sürətlə inkişaf edir. Çünki Qarabağla əlaqədar hadisələr, xüsusilə atəşkəsin tez-tez pozulması və s. amillər artıq onu göstərir ki, məsələlər Azərbaycanın xeyrinə yekunlaşmağa doğru gedir”. 

Bu sözləri yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. 

O, son günlər intensiv şəkildə Qarabağın dağlıq hissəsini tərk edən Rusiya vətəndaşlarının bölgədən çıxarılması faktına münasibət bildirib. 

Xatırladaq ki, bölgədə 5 minə yaxın Rusiya vətəndaşının olduğu iddia edilir və onların tez bir zamanda ərazini tərk edəcəkləri istisna edilmir. 

V. Əhmədova görə isə baxmayaraq ki, ermənilər “Laçın dəhlizi” ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxardılar, lakin heç nəyə nail ola bilmədilər:

“Ona görə də bu proses artıq başlayıb və davam edəcək. Bu gün Rusiya vəziyyəti çox gözəl bilir və o, prosesi idarə edən əsas dövlətdir. Doğrudur, Rusiya 10 noyabr üçtərəfli bəyannaməsini imzalasa da, onu yerinə yetirmədi. Çünki sazişin müddəalarını yerinə yetirmək onun boynuna düşürdü, lakin bunu etmədi və Qarabağdakı erməni quldurlarını ərazidən çıxarmadı. Nəticədə isə vəziyyət get-gedə gərginləşdi”. 

Millət vəkilinin sözlərinə görə, bu gün Rusiyanın Qarabağdan vətəndaşlarını çıxarması onu göstərir ki, vəziyyət ola bilsin, müharibəyə doğru getsin və Azərbaycan yerdə qalan əraziləri - Xankəndi, Xocavənd, Ağdərə, Xocalı və Əsgəranı azad etsin:

“İrəvan da bunu çox gözəl anlayır, başa düşür və istəyirlər ki, bu məsələdə müəyyən dividentlər əldə etsinlər, lakin bu da mümkün deyil və bunu əldə etmək çox çətindir. Ona görə ki, rəsmi Bakı bu məsələdə çox qətidir və prinsipial mövqe həyata keçirir. 

Fikrimcə, baş verən hadisələrə baxmayaraq, Azərbaycanın apardığı siyasət düzgün siyasətdir və tez bir zamanda bölgənin təmizlənməsi istiqamətində işlər aparılır. Deyərdim ki, bu məsələdə xarici siyasətimiz uğurludur. Qısası, əgər Rusiya vətəndaşları Qarabağdan çıxırsa, deməli, vəziyyət gərginliyə doğru gedir və istənilən anda orada toqquşmalar baş verə bilər”.

“O ki qaldı yerli ermənilərin bölgədən çıxmasına, Azərbaycan onlarla bağlı şərtlərini irəli sürüb. Əgər onlar Azərbaycan vətəndaşlığını, bayrağını, himnini, Konstitusiyasını, milli valyutasını qəbul etsələr, orada yaşaya bilərlər. Lakin bunları qəbul etməyən ermənilər Qarabağda yaşaya bilməz və çıxıb getməlidir. Bu məsələdə kimin nə deməyindən asılı olmayaraq, yeganə çıxış yolu Ermənistanın düz yola gəlməsi, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmi tanıması və delimitasiya və demarkasiya əməliyyatlarının başa çatdırılmasıdır. Son vaxtlar inteqrasiya məsələsi çox ciddiləşib, müəyyən görüşlər keçirilib. Amma ermənilər bu görüşləri mütəmadi pozurlar ki, alınmasın. Nəticə də indiki situasiya ortaya çıxıb”, - müsahibimiz fikirlərini yekunlaşdırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR