İndi "Vaqner"i kim idarə edəcək?

25 avqust, 2023 13:09

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarə qəzasında ölməsi dünya ölkələri qarşısında yeni suallar yaradır. Y. Priqojin demək olar ki, on ilə yaxın vaxtını “Vaqner” hərbi dəstəsinin qurulmasına sərf edib.

Xüsusilə Qərb təhlükəsizlik rəsmiləri onun yerinə kimin keçəcəyini və vaxtilə rəhbərlik etdiyi muzdluların taleyi ilə maraqlanır.

Əsas sual budur; indi “Vaqner”i kim idarə edəcək?

"Azsiyaset" BBC-yə istinadən mövzu ilə bağlı irəli sürülən fərziyyələri təqdim edir:

Bununla əlaqəli Kral Birləşmiş Xidmətlər İnstitutunun baş elmi işçisi Dr Joana de Deus Pereira deyib ki, Priqojinin ölümü çox güman ki, qrupun  yenidən qurulmasına səbəb olacaq. O, həmçinin özəl hərbi dəstənin ümumi əməliyyatlarının Priqojinin rəhbərliyi altında olduğu kimi davam edəcəyini söyləyib:

"Təşkilat yəqin ki, gələcəkdə də başqa adla fəaliyyət göstərəcək, çünki o, artıq buna malik olduğunu sübut edib".

Atlantik Şurasının təhlükəsizlik üzrə analitiki Ruslan Trad da bu fikirdədir. O bildirib ki, Priqojinin ölümü onun yerinə qrupa rəhbərlik etmək üçün Rusiyanın hərbi kəşfiyyat xidməti olan QRU ilə əlaqəsi olan birinin təyin ediləcəyi ilə nəticələnə bilər:

"Lakin burada əsas məsələ yeni rəhbərin çoxlu pulunun olmasıdır. Düşünürəm ki, yeni maliyyəçi tapmaq daha çətin olacaq, çünki "Vaqnerin" yaxşı komandirləri olsa da, burada pul vacibdir. Bu mənada ola bilsin ki, onlar Putinin ətrafındakı yaxın çevrədən kimisə idarəçi seçəcəklər".

“Vaqnerin yüksəlişi” sənədli filminin rejissoru, jurnalist Benoit Bringerin sözlərinə görə, əsas namizədlərdən biri GRU generalı Andrey Averyanovdur:

"Hər halda yeni rəhbər Kreml tərəfindən seçilmiş biri olacaq".

Vaqnerin Belarus və Ukraynadakı qoşunlarının taleyi necə olacaq?

Keçən il ərzində "Vaqner" Rusiyanın Ukraynadakı ən hərəkətverici qüvvəsi idi, onun qoşunları qanlı döyüşlərdən sonra şərqdəki Soledar və Baxmut şəhərlərini uğurla ələ keçirib. Lakin iyun ayındakı uğursuz qiyamdan sonra Priqojin Belarusdakı düşərgələrdə təxminən 8000 əsgərini yerləşdirib. Ötən gün peyk görüntüləri Belarusun paytaxtı Minskin cənub-şərqində, Osipoviçdəki Vaqnerin əsas düşərgəsindəki bir neçə çadırın söküldüyünü göstərib. Belə ki, 273 çadırdan 101-i artıq sökülüb. Fotolar ABŞ-nin Planet Labs şirkəti tərəfindən çəkilib. Əsgərlərin harada məskunlaşdıqları, yaxud ölkəni tərk etdikləri bəlli deyil. Rusiyanın əsas müttəfiqi olan Belarus isə hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Yenə də "Vaqner" döyüşçülərinin gələcəyi bəlli deyil, müxtəlif xarici mənbələrdə yayılan məlumatlara görə, bir neçə hərbçi Priqojinin ölümündə onun rolu olduğuna görə Putinə qarşı açıq təhdidlər edir. Çünki ötən gün “Vaqner”in muzdlu döyüşçüləri təyyarə qəzasında  Priqojinin ölməsinə münasibət bildiriblər. Priqojinlə əlaqəli teleqram kanallarında yayılan məlumatlarda onların rəhbərlərinin ölümü ilə bağlı qisas almağa hazırlaşdıqları qeyd olunub. Onlar sosial şəbəkə hesablarında Priqojinin ölümünə müxtəlif şərhlər bildiriblər. Onlardan biri Priqojinin ölümünü hətta “alçaqcasına törədilmiş qətl” adlandırıb. “Ölüm faktı təsdiq olunarsa, qisas çox gecikməyəcək”, - deyə digəri qeyd edib. 

Afrika və Suriyadakı "Vaqner" qoşunları döyüşə davam edə bilərmi?

Son görüntülərdə Priqojinin Qərbi Afrikada olduğu məlum idi. Ekspertlər bildirirlər ki, bəlkə də hərbi dəstə artıq "Vaqner" adı altında yox, Kremlə sadiq yeni rəhbərlə burada döyüşlərini davam etdirəcək: 

"Lakin digər muzdlu şirkətlər də getdikcə "Vaqner"in Suriyadakı rolu ilə rəqabət aparır. İyun üsyanından sonra "Vaqner" qoşunlarına PMC Redut adlı rəqib şirkətə transfer olunmaq təklif edilmişdi. Redut uzun müddətdir ki, Vaqnerlə paralel olaraq Suriyada işləyir. Ola bilər ki, hər iki muzdlu hərbi dəstə birləşsin".

Xatırladaq ki, avqustun 23-ü “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb. Ölənlər içərisində Y. Priqojinin də cəsədi olub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR