"İdarəetmə sistemi dəyişməsə, ölkəmizi ciddi kasıblıq dövrü gözləyir"

29 avqust, 2023 14:20

“2015-ci 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-ci ildə 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəlib. 2015-ci illə müqaisədə 2022-ci ildə 43 min 364 uşaq az doğulub, doğuş sayı azalır. Amma digər çox ciddi problem də var – bizdə əhali də sürətlə qocalır və əngəlli insanların sayı kəskin artır”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli özünün Feysbuk hesabında yazıb.

“Azərbaycanda ahıl şəxslərin (70 yaş və daha artıq olan) sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 452,1 min nəfərə çatıb – təqribən 2 dəfəyə yaxın artım var. Bundan başqa əlilliyi müəyyən edilmiş şəxslərin sayı artaraq, bu müddətdə 251 min nəfərdən 615 min nəfərə qədər yüksəlmişdir – bu göstəricidə də 3 dəfəyə yaxın artım qeyd olunub”, - iqtisadçı bildirib.

O qeyd edib ki, vəziyyət bu şəkildə davam edərsə, bir müddət sonra “nəsillər arası həmrəylik” zənciri qırılacaq:

“Yəni, demoqrafik vəziyyətimiz kritikləşir, doğuş azalır, yaşlı və əngəlli insanların sayı artır – bu isə o deməkdir ki, bir müddət sonra təqaüd yaşında olanlar artacaq, obrazlı desək, “nəsillər arası həmrəylik” zənciri qırılacaq - indi gənclər işləyir, DSMF-yə pul ödəyir, o pulla təqaüdçülərə ödənişlər olunur, sonra indiki gənclər növbəti nəslin ödənişlərini təqaüd kimi almalıdırlar. Zatən DSMF öz xərcini ödəyə bilmir, büdcədən ən çox dotasiya alan qurumlardan biridir, bir müddət sonra büdcədən təqaüd və əngəlli insanlara ödəniş üçün daha çox vəsait ayırmağa məcbur qalacağıq. Bu isə bir tək neft-qaz sektorundan asılı olan büdcənin yükünü çəkilməz edəcək, ödənişlərin azalması, həyat keyfiyyətinin və səviyyəsinin daha da azalması baş verəcək.

Mən anlayıram ki, bizim başımızı günlük problemlərin gündəlik müzakirəsi ilə qatıblar, ictimai müzakirələrdə stateji məsələlər populyar deyil, amma, həzarət, bilin və agah olun ki, indiki idarəetmə və iqtisadi sistem dəyişməsə, daha effektiv modelə keçə bilməsək, ölkəmizi ciddi kasıblıq dövrü gözləyir. Çünki, xərclərimiz də kəskin artır, işğaldan azad edilən torpaqlarımızın bərpasına, təhlükəsizliyimizin təminatına hər il daha çox vəsait xərcləməyə məcbur olacağıq – bu isə o deməkdir ki, əlavə gəlir mənbələrinə ehtiyac artır, bu sistem isə əlavə dəyər yarada bilmir.

Demokrafik vəziyyətin düzəlməsi əlavə büdcə xərcləri tələb edir, “uşaqpulu” təsis edilməlidir ki, bu da büdcəyə yüklənəcək. Büdcə isə “bir borudan” asılıdır, oradan keçən mayenin isə həcmi azalır, qiyməti oynaqdır, dayanıqlı inkişafa imkan vermir. Deməli məmləkətə bir “borudan sallanmayan” yeni iqtisadi model lazımdır, bu olmazsa-olmazdır, yeni iqtisadi model isə effektiv idarəetmə, ədalitli məhkəmə sistemi olmadan mümkün deyil...”

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI